Qaynar Məqalələr

Dabanın, dizin trofik yaraları

daban

Dabanın, dizin trofik yaraları.
Trofik yara- dərinin qan dövranının pozulması nəticəsində uzun müddət sağalmayan defektidir. Trofik yara sərbəst xəstəlik deyil, trofik yara xroniki arterial çatışmamazlıq      ( ateroskleroz və s.),  şəkərli diabet,  xroniki venoz çatışmamazlığı ( varikoz xəstəlik, postromboflebit xəstəliyi), ətrafların polinevropatiyası və s. zamanı təsadüf oluna bilər. Yaralar bədənin müxtəlif hissələrində yerləşə bilər. Məsələn, trofik yara şəkərli diabetdə pəncənin dərisində əmələ gəlir. Xroniki venoz çatışmamazlığında dizlərdə yaralar əmələ gələ bilər.
Səbəbləri:
Dərinin qan təchizatının pozulması mikrosikulyasiya, oksigen çatışmamazlığına, kobud metabolik pozğunluqlara səbəb olur. Dərinin zədələnmış nahiyyəsi nekrozlaşır, travmalara həssas olur, infeksiya qoşula bilir
Simptomları:
Dizin aşağı 1/3 hissəsinin dərisi nazilir, quru olur, gərgin, gümüşü-parlaq olur. Onun üzərində xarakter piqment ləkələri olur, sonra kiçik yara əmələ gəlir, sonra bu yara böyüyür. Onun kənarları bərkiyir, dibi çirkli ərplə örtülür, qanayır. Xəstənin əsas şikayəti ağrıdır. Yaranın olması ayaqqabı geyməyə mane olur.
Diaqnostika:
Trofik yaranı əmələ gətirən xəstəliyi aşkar etmək lazımdır. Bundan sonra aşağı ətrafların damarlarının ultrasəs dopleroqrafiyası, fleboqrafiya aparılmalıdır.
Müalicəsi:
Xəstənin vəziyyətindən asılı olaraq müalicə evdə, ambulator və ya stasionarda aparılır. Yerli müalicədə yara gündəlik olaraq antiseptik məhlulla isladılmış salfetlə təmizlənir, sarğı qoyulur, müəyyən məlhəmlərdən, bandaj sarğılardan istifadə olunur. Yara sağaldıqdan sonra əmələ gələn çapığı travmalardan qorumaq lazımdır.

immunitet.az

loading...

Məsləhət Görürük

soyuq-hava

Soyuq havanın ürəyə zərərləri

  Soyuq havanın ürəyə zərərləri. Mütəxəssislər soyuq havanın koronar damar xəstəliklərindən və yüksək təzyiqdən əziyyət …

Яндекс.Метрика

Designed by F.Aliyev