Ağrılı boşalmanın səbəbləri nədir?

bos

Ağrılı boşalmanın səbəbləri nədir?
Prostat vəzi sperma daşınmasında rol oynayan bir uzvdür. Kişi cinsi əlaqə zamanı boşaldıqda prostat vəzi qəfildən sıxılıb xayalardan uretraya spermanın keçməsinə şərait yaradır və sperma xaricə axır. Boşalmağa dəstək olan bu orqanda hər hansı bir infeksion xəstəlik və ya patologiya baş verdikdə kişilərdə ağrılı boşalma baş verir. Ağrılı boşalma adətən aşağıdakı səbəblərdən ola bilir:
1. Orxit.
Orxit xayaların iltihabi xəstəliyidir. Epıdidimitin iltihablaşması zamanı meydana çıxır. Bakteriya və ya müxtəlif infeksiya səbəbindən baş verir, birtərəfli və ikitərəfli ola bilir. Orxitin əlamətləri bunlardır:
– spermada qan
– anormal axıntı
– qasıqda ağrı
– xayalarda ağrı
– boşalma zamanı ağrı
– cinsi əlaqə zamanı ağrı.
2. Prostatit.
Prostatit ağrı və sidik ifrazında müxtəlif xoşagəlməz əlamətlərlə özünü göstərən bir xəstəlikdir. Bakterial, xroniki və simptomsuz keçən növləri var. Əlamətləri bunlardır:
– sidiyə çıxarkən ağrı
– tez-tez sidiyə çıxma
– sidiyə çıxmada çətinlik
– penisdə ağrı
– qarının diblərində ağrı
– ağrılı boşalma.
3. Prostat xərşəngi.
Kişilər arasında sıx rast gələn xərçəng növüdür. Əlamətləri aşağıdakılardır:
– sidiyə çətin şıxma
– sidiyə qırıq-qırıq çıxma
– sidiyə çıxmada çətinlik
– sidikdə qan
– spermada qan
– beldə ağrılar
– ağrılı boşalma.

immunitet.az

loading...

Məsləhət Görürük

ciyelek

Bu meyvələr seks hormonlarının sayını yüksəldir

Bu meyvələr seks hormonlarının sayını yüksəldir Keçibuynuzu Az sayda və zəif olan spermalara güclü təsiredici …

Яндекс.Метрика

Designed by F.Aliyev