Uşaqlığın və uşaqlıq yolunun sallanması

usaql

Uşaqlığın və uşaqlıq yolunun sallanması.
Qadın cinsiyyət üzvlərinin xəstəlikləri arasında ən çox rast gəlinən xəstəliklərdən biri uşaqlığın sallanmasıdır. Uşaqlığın sallanması (düşməsi) çanaq dibinin yırtığının yaranması nəticəsində meydana gəlir. Çanaq dibinin yırtığı isə çanaq diafraqmasının funksiyasının çatışmazlığı nəticəsində üzə çıxır. Uşaqlıq və uşaqlıq yolu divarının aşağı istiqamətdə eyni zamanda yerini dəyişməsi, xəstəliyə uşağlığın sallanması adını verməyə imkan verir.
Etiologiyası:
Çanaq dibinin tamlığının pozulması və çanaq diafraqması əzələlərinin tonusunun azalması uşaqlığın və uşaqlıq yolunun sallanmasının əsas səbəbidir. Xəstəlik əsasən doğan qadınlarda meydana çıxır.
Çanaq dibi əzələlərinin zədələnməsi doğuş travmalarının, xüsusilə operativ doğuşların nəticəsində baş verir.
Uşaqlığın saxlayıcı, asıcı və fiksasiyəedici aparatları arasında, koordinasiyalı qarşılıqlı əlaqələrin pozulması daxili cinsiyyət üzvlərinin sallanmasına və düşməsinə səbəb olur.
Klınıkası:
Xəstəlik tədricən inkişaf edir, əlamətlər yavaş-yavaş irəlilədikcə xəstəni narahat etməyə başlayır. Uşaqlıq boynu və yolunun sallanması cinsiyyət sistemi üzvlərini və ətrafdakı orqanların funksiyasını pozur. Bəzi hallarda isə əlilliyə gətirib çıxarır.
Xəstəliyə diaqnoz qoymaq üçün ginekoloji baxış kifayət edir. Müalicə isə yanlız cərrahi yolladır.

immunitet.az

loading...

Məsləhət Görürük

usaqliq

Uşaqlıq və uşaqlıq yolunun düşməsi

Uşaqlıq və uşaqlıq yolunun düşməsi. Bu patologiyanın əmələ gəlməsinə ön qarın divarının əzələlərinin quruluş və …

Яндекс.Метрика

Designed by F.Aliyev