Qaynar Məqalələr

Turpun faydaları

turp

Turpun faydaları.
Turpun tərkibində olan maddələrə görə orqanizmə aşağıdakı faydaları vardır:
– Soyuqlama zamanı gündə 3 dəfə, hər dəfə 1 çay qaşığı turp suyu içilərsə, xəstəliyin əlamətləri azalar.
– Öskürmə zamanı ballı turp öskürəyi kəsməkdə köməklik göstərir. Bunun üçün turpun sirəsi çıxarılır, acı dadı çıxsın deyə soyuducunun dondurma gözündə saxlanılır. Soyuducudan çıxarılaraq otaq tempraturu aldıqdan sonra 1/1 nisbətində balla qaışdırılıb içilir.
– Turp yemək qara ciyər fəaliyyətini yüksəldir.
– Yüksək təzyiqi aşağı salmaqda kömək edir.
– Tərkibində olan qlukosinatlar xərçəngin əmələ gəməsinə mane olur.
– Bağırsaq xərçənginə qarşı qoruyucu təsirə malikdir.
– Diş ətini möhkəmləndirir.
– İştah açır.
– Ödqovucu təsirə malik olduğu üçün bağırsaqlqrın işini asanlaşdırır.
– Mədə-bağırsaq sisteminin fəaliyyətini yaxşılaşdırır.
– Qazçıxardıcı təsirə malikdir.
– Bağırsaqları dezinfeksiya edir.
– Xolisistitin müalicəsində faydası var.
– Antioksidant təsirə malikdir.
Turpun zərərləri:
Mədə yarası və mədədə başqa xəstəlikləri olan adamların çox turp yeməsi narahatçılığa səbəb ola bilər.
Böyrəkdaşı xəstəliyindən əziyyət çəkənlərə çox turp yemək olmaz. Çünki turpda çoxlu minerallar var.
Yod çatışmazlığından əziyyət çəkənlərə çox turp yemək məsləhət deyil.
100 qram turpun tərkibində olanlar:
– vitamin A, B1, C
– fosfor 31 mq
– kalsium 37 mq
– kalium130 mq
– protein 1,2 mq
– kalori 20.

immunitet.az

loading...

Məsləhət Görürük

004

Şüyüd və xəstəliklər

Şüyüd və xəstəliklər. Mədə və bağırsaq xəstəlikləri zamanı şüyüd ağrıkəsici, spazmolitik, qazçıxarıcı, həzmi yaxşılaşdıran və …

Яндекс.Метрика

Designed by F.Aliyev