Charlie Chaplinin Azərbaycanlıları qürurlandırdığı an

Çarli Çaplin

«Wikipedia»da bu mahnıyla bağlı maraqlı bir detal var. Vaxtilə Azərbaycan kino xadimləri Fransada olarkən, dünya şöhrətli Charlie Chaplin (Çarli Çaplin) gələnlərin Azərbaycandan olduğunu biləndə piano arxasına keçib «Cücələrim» i ifa edib və qonaqlara üz tutub deyib:

Çarli Çaplin

Demək, siz bu melodiyanın vətənindənsiniz?! Məndən o bəxtəvər bəstəkara salam yetirin!

Mahnının ulduzu düz 10 il sonra parlayır. 1959-cu ildə Moskvada keçirilən Azərbaycan incəsənəti dekadasında «Cücələrim»i indi hamımızın tanıdığı aktrisa və rəssam-florist Suqra Bağırzadə oxuyur. Mahnı «ura »yla qarşılanır və tezliklə dillər əzbərinə çevrilir, sovetlər məkanını aşaraq bütün dünyaya yayılır. Müxtəlif dillərə (100-dən çox dilə !) çevrilir. Hətta «Dünyanın ən yaxşı uşaq mahnıları» albomuna daxil edilir. Məşhur sovet cizgi filmi «Nu, poqodi!»nin bir bölümünə də salınır. Özü də, mahnı cizgi filmində Azərbaycan dilində səslənir!..

Mahnı yazılandan düz 10 il sonra məşhurlaşıb. Demək, 1949-cu ildə bəstəkar Qəmbər Hüseynli şair Tofiq Mütəllibova bir musiqi dinlədir və ondan xahiş edir ki, buna söz yazsın. O dönəmlər uşaq şeirləri yazan Tofiq Mütəllibov musiqiyə söz yazıb verir Qəmbər Hüseynliyə. Mahnının ilk ifaçısı, deyilənə görə, indi Muğam Teatrının direktoru çalışan Arif Qazıyev olur. Arif müəllimin mahnını necə oxuduğu bizə gəlib çatmayıb. Hər halda yaxşı oxumasaydı, müəlliflər mahnını ona verməzdilər. Beləcə, 10 il mahnı Azərbaycanda oxunmasında olsun, sizə xəbər verim Moskva dekadasından…

loading...

Məsləhət Görürük

ghgh

Samsung galaxy işlədən oğlanın başına görün nə gəldi VİDEO

Яндекс.Метрика

Designed by F.Aliyev