Qaynar Məqalələr

Türkiyədə çevriliş barədə Rusiya kəşfiyyatının hələ 9 ay qabaq məlumatı vardı.

 ABŞ-ın Türkiyədə çevriliş etmək planı barədə Rusiya kəşfiyyatının hələ 9 ay qabaq məlumatı vardı. ABŞ Mərkəzi Kəşfiyyayt İdarəsi əvvəlcə Ərdoğanın uçduğu təyyarəni vurmaq, bunu İŞİD-in boynuna yıxmaq, sonra isə Fətullahın adamlarını hakimiyyətə gətirmək istəyirdi. Amma Ərdoğan 2 həftə qabaq Rusiyadan vurulmuş təyyarəyə görə üzr istədi və münasibətlərin normallaşmasına çalışdı, buna görə də Rusiya Müdafiə Nazirliyi qərar gəldi ki, Ərdoğanı qorusun və çevrilişin qarşısını alsın. Bu məqsədlə QRU speçnazının 25-ci polku təcili surətdə Ankaraya göndərildi.
 Ərdoğanın artıq Rus QRU-su tərəfindən qorunduğu haqda məlumat alan Mərkəzi Kəşfiyyat İdarəsi hadisələri tezləşdirmək qərarına gəldi. Türkiyə ordusu əsgərləri Mərkəzi Kəşfiyyat İdarəsi işçilərinin rəhbərliyi altında Grand Yazici Club Turban otelə hücum edən zaman Ərdoğan artıq Rus speçnazı tərəfindən oteldən çıxarılıb başqa yerə aparılmışdı. Hücum zamanı oteli qoruyan polislər ilə əsgərlər arasında şiddətli döyüş oldu, çoxlu polis işçisi öldü, amma hücum edənlər bilmirdilər ki, Ərdoğan artıq oteldə yoxdur. QRU zabitləri Ərdoğanı Casa De Maris otelinə aparıb orda müdafiə mövqeyi tutmuşdular.
Hücum zamanı Türkiyə ordusu əsgərlərinin çoxu məhv edildi, sağ qalanlar qaçaraq vertolyota doluşdular, təcili dənizin üstü ilə uçaraq özlərini Yunanıstana çatdırdılar. Amma yaxınlarda Putinlə dostluq münaibəti qurmuş Yunanıstanın baş naziri Aleksis Çipras onları həbs etdirib Türkiyəyə təhvil verdi.
 ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi Türkiyədə 1960, 1971, 1980, 1997-ci illərdə də çevriliş törətmiş, qanuni hökuməti devirərək öz marionetkalarını hakimiyyyətə oturtmuşdur. Hər çevrilişdən sonra hərbi xunta 10 minlərlə türk aktivistini qətlə yetirmişdir. Odur ki öldürülən türk hərbçilərinin qanı halaldır. Onlar hakimiyyətə yiyiələnsəydilər, heç kimə rəhm etməyəcəkdilər, arxayın olun, qan su yerinə axacaqdı.
 Türkiyə ordusunun idarəedici zabit heyəti ABŞ və İsrailin hazırladığı kadrlardan təşkil olunmuşdur. Hələ Türkiyənin mühasirə altındakı Qəzzaya yardım aparan “Mavi Mərmərə” gəmisinə Aralıq dənizindəki hücumdan sonra Ərdoğan İsrail ilə əlaqələri kəsərkən ordu komandanlığının qəzəbinə tuş gəlmişdi. Türkiyə hərbçiləri üçün həm də millətçilik və şiəliyə qarşı düşmənçilik xarakterikdir. Türkiyənin yaxın qonşusu olan İranla münasibətləri normallaşdırmaq cəhdləri də Ərdoğanı NATO-çu generalların hədəfinə çevirmişdi. Ardınca Türkiyə hökuməti İncirlik bazasının ABŞ aviasiyası tərəfindən istifadəsindən imtina etdi. Vurulmuş təyyarəyə görə Ərdoğanın Rusiyadan üzr istəməsi isə xuntaçıların səbr kasasını dolduran son damla oldu.
 Ərdoğan fəaliyyəti dövründə get-gedə daha çox antiQərb mövqe tutmaqdaydı və bu tez-tez Ağ Evin narazılığını açıq-aşkar ifadə etməsinə səbəb olurdu. Ağ evin narahat edən həm də o idi ki, Türkiyə Suriyada vuruşan təfkirçi qruplara kifayət qədər dəstək vermir. Yaxın Şərqi idarəolunan xaos vəziyyətinə sürükləmək üçün öz marionetkası Türkiyənin səylərini ABŞ yetərincə hesab etmirdi. Buna görə də Türkiyə hökuməti qarşısında Suriyada vuruşan cihadçılara tam dəstək vermək tələbi qoyulmuşdu. Türkiyə tərəfi isə son zamanlar İŞİD terrorçularının maliyyələşdirilməsini tam dayandırmışdı.
 ABŞ-a Rusiya-Türkiyə münasibətlərinin kəskin pisləşməsi lazımdır ki, regionda gözlənilən böyük müharibənin təməlini qoysun. İŞİD mövqelərini bombalayan Rus təyyarəsinin vurulması da məhz bu məqsədlə planlaşdırılmış provokasiya idi. Vaşinqton ümid edir ki, bu konflikt silahlı toqquşmaya gətirib çıxaracaq və regionda böyük müharibə başlayacaq. Ancaq Moskvanın səbrli siyasəti və ölçülü-biçili gedişatları region xalqlarını böyük fəlakətdən qurtardı. 
 Həyatı təhlükə qarşısında qalan, ölüm-dirim dilemması qarşısında duran Ərdoğan Rusiyaya üz tutmalı oldu. Rusiya ilə münasibətlərin normallaşmasından narahatlıq keçirən ABŞ kəşfiyyatı riskə getməli oldu və çevrilişi tezləşdirmək qərarına gəldi. Məlumdur ki, çevriliş baş verən gündən bir neçə gün sonra vacib bir hadisə gözlənilird. Ali Hərbi Şuranın toplantısında Ərdoğan ölkə prezidenti kimi Gülənlə əlaqədə şübhəli bilinən generalların hamısını öz vəzifəsindən azad etməyi planlaşdırmışdı. Bu barədə çevrilişdə iştirak edən generallar da məlumatlı idilər.
 Bu arada saytlarda məlumat yayıldı ki, Amerika generallarının rəbhərliyi ilə İncirlikdə çevriliş üçün 12 həftəlik gizli təlim keçirilib. “ABŞ qiyam baş tutmadığı halda türk generalları qaçırmağa söz vermişdi”- bu sözləri könüllü olaraq hökumət qüvvələrinə təslim olmuş Hatay bölgəsindəki ordu komandanı sorğu zamanı söyləmişdir. General bildirib ki, qiyamın gələcək iştirakçıları çevrilişə rəhbərlik etmək məqsədilə xüsusi olaraq Vaşinqtondan gəlmiş generalların rəhbərliyi ilə 12 həftəlik məxfi instruktaj keçiblər. Yüksək rütbəli türk hərbçisi NATO-nun İncirlik hərbi-hava qüvvələri bazasında çevriliş planlaşdıran amerikalı həmkarlarının onu aldatmasından sonra MİT-in Killis şəhərindəki bölməsinə gəlmişdir. General deyir ki, Amerika nümayəndələri bazada çevrilişə hazırlıq keçən bütün türk generallara qiyamın baş tutmayacağı halda onları ailələri ilə birgə ABŞ-a qaçıracaqlarını vəd edibmişlər. Ancaq amerikalı generallar öz vədlərinə əməl etməyiblər.

 Öncədən razılaşdırıldığı kimi, baş tutmamış qiyamdan sonra mülki paltar geyinmiş general İncirlik bazasına gəlib. Lakin bütün cəhdlərinə rəğmən onu içəri buraxmayıblar. Yalnız bundan sonra general cəzasının yüngülləşdiriləcəyi ümidi ilə Türkiyə xüsusi xidmət orqanlarına müraciət edib. Olayların vacib fiqurlarından biri kimi onu dərhal Killisdən İstanbula gətiriblər. ABŞ hərbi çevriliş cəhdində şübhəli bilinən İncirlik bazasının komandanı general Bekir Erkan Vana siyasi sığınacaq verməkdən də imtina edib.

 Türkiyə ordusunun neytrallaşdırılması NATO-nun Yaxın Şərqdə zəifləməsi deməkdir. Artıq baş tutmayan çevrilişə görə Türkiyədə 6 min adam həbs olunmuşdur. Ölkədə NATO-nun agentura şəbəkəsi demək olar ki tamamilə sıradan çıxarılmışdır. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin Türkiyədəki əsas agentləri polkovnik Ali Yazıcı (Ərdoğanın baş yavəri), general İshak Dayıoğlu (Balıkesir aviazasının komandiri) və general Akın Öztürk (hərbi hava qüvvələri komandanı) həbs olunmuşdur.
Türkiyədə həyata keçirilən bu əməliyyat zamanı Rusiya Müdafiə Nazirliyinin əsas narahatlığı İncirlik hərbi bazası ilə əlaqədar idi. İncirlik hərbi bazasında 90 ədəd V61 tipli atom bombası vardır. Onlardan 50-si ABŞ təyyarələrinin, 40-ı isə Türkiyə təyyarələrinin atması üçün nəzərdə tutulmuşdur (bombalardan biri Bakı şəhərinə atılmalıydı). Hadisələrdən bir müddət qabaq ABŞ hərbçiləri tam döyüş hazırlığına gətirilərək bazanı qorusalar da, baza hal-hazırda tam nəzarət altına alınmışdır. İncirlik hərbi bazasına rəhbərlik edən general Bekir Ercan Van həbs edilmişdir. İncirlik artıq Rus speçnazının ixtiyarındadır.
 Ərdoğanı Rusiya Baş Kəşfiyyat İdarəsinin zabitləri (əfsanəvi QRU) qoruyur. Ərdoğan həyatını xilas etdiyinə görə Rusiya Federasiyasına təşəkkür etmişdir. Türkiyə hökuməti Rus ordusunu ölkəyə dəvət etmişdir. Xarici İşlər Naziri Çavuşoğlu bildirmişdir ki, Türkiyə İncirlik hərbi bazasını Rusiyaya verir. Rusiya və Türkiyə Müdafiə Nazirlikləri İŞİD və Əl-Nusra terror quplaşmalarını məhv etmək üçün birgə plan hazırlamışlar. Türkiyədə Amerikan hegemonluğuna son verilmişdir.
 Çevriliş cəhdinin ilk saatlarından ABŞ kəşfiyyatının nəzarətində olan media orqanları, o cümlədən ABŞ-ın Azərbaycandakı səfirliyi tərəfindən maliyyələşən ANS telekanalı Türkiyənin qanuni hökumətini qaralamağa başladılar. Elə indinin özündə də Qərbin ölkəmizdəki təsir agentləri çevrilişin guya Ərdoğanın özü tərəfindən təşkil olunduğu və şou xarakteri dağışdı haqqında rəy formalaşdırmağa çalışırlar. ABŞ kəşfiyyatı bu yolla törətdiyi cinayəti ört-badır etmək və amerikan izini gizlətmək istəyir. Çevrilişin Ərdoğanın öz şousu olması mifini ABŞ kəşfiyyatı həm də ona görə tirajlayır ki, Ərdoğan ictimaiyyətə qara fonda göstərilsin, o cümlədən ona kömək etmiş RF prezidenti Putinin qara obrazı yaradılsın.
-_-_-_-_-_-_-_-_-_-_-_-_-_-_-_-_-_-_-_-_-_-_-_-_-_-_-_-_-_-_-_-_-_-_-_-_-_-_ -_-_-_-_
                                                        mənbə_
-_-_-_-_-_-_-_-_-_-_-_ -_-_-_-_-_-_-_-_-_-_-_-_-_-_-_ -_-_-_-_-_-_-_-_-_-_-_-_-_-_-_
loading...

Məsləhət Görürük

ghgh

Samsung galaxy işlədən oğlanın başına görün nə gəldi VİDEO

Яндекс.Метрика

Designed by F.Aliyev