Qaynar Məqalələr

Qızlar və qadınlarda tərləmələr

kosme

Qızlar və qadınlarda tərləmələr.
Görkəminizin necə olduğunu bilmək üçün güzgü ən yaxşı vasitədir. Necə deyiblər ki, çirkin qadın yoxdur, özünə biganə olan, sağlamlığına fikir verməyən qadınlar var. Hər gün özünüzə baxmağa, yəni yeməyinizə, içməyinizə, mədənizin yaxşı işləməsinə, yuxunuzun dərin olmasının qeydinə qalmağa vaxt ayıra bilsəniz, həmişə şən, gümrah və yaxşı əhval-ruhiyyəli olarsınız.
Ancaq sağlam, təravətli və elastik dəri öz mürəkkəb funksiyasını yerinə yetirə bilər. Ona görə də dəriyə xüsusi diqqət yetirmək lazımdır. Dərinin üzərində daim epidermik hüceyrələrdən ibarət qat əmələ gəlir. Bu qat tər və piy vəzilərindən əmələ gəlir.
Tər ifrazını sinir sistemi tənzimləyir. Adətən tez əsəbləşən adamlar tez tərləyirlər. Belə adamlar nəinki isti havada, hətta adi fiziki iş zamanı belə tərləyirlər.
Bunun qarşısını almaq üçün ilk növbədə həkimlə məsləhətləşmək lazımdır. Çünki tərləmə sinir sistemi səbəbindən baş verirsə, həkim onun qarşısını ala bilər.
Tərləmənin qarşısını almaq üçün özünüzün da bir sıra gigiyenik qaydalara əməl etməniz lazımdır. Dərinin gözəl, təravətli və sağlam olmasında su prosedurlarının faydası böyükdür.
1. Sərin su ilə yuyunmaq bədəni sağlamlaşdırır, əsəbləri sakitləşdirir.
2. İsti su ilə yuyunanda dərinin qan dövranı yaxşılaşır və dərinin qidalanması üçün yaxşı şərait yaranır.
3. Gah isti, gah soyuq su ilə yuyunmaq dəri üçün daha faydalıdır.
4. Yuyunan zaman yumuşaq və ətirli sabundan istifadə etmək lazımdır.
5. Bədəni qurulayandan sonra tərləyən nahiyyələrə dezinfeksiyaedici, quruducu maddələrdən sürtmək lazımdır.
Tərləyən adamlar sürvə (şalfey) çayı içərlərsə tərləmələri azalar. Bunun üçün 1 çay qaşığı sürvə 2 stəkan qaynar suda dəmlənir, süzülür və gündə 1-2 xörək qaşığı içilir.
Qoltuqaltının tərləməsi bir çox qadınları narahat edir. Hər gün tərləyən yeri sabun və su ilə yumaq və dezodorantlardan birini sürtmək qoltuqaltının tərləməsinin qarşısını ala bilir.
Çox tərləyən qadınlara son tövsiyəmiz sintetik paltarlardan uzaq durmalarını söyləməkdir.

immunitet.az

loading...

Məsləhət Görürük

usaqliq

Uşaqlıq və uşaqlıq yolunun düşməsi

Uşaqlıq və uşaqlıq yolunun düşməsi. Bu patologiyanın əmələ gəlməsinə ön qarın divarının əzələlərinin quruluş və …

Яндекс.Метрика

Designed by F.Aliyev