Günəş allergiyası

günes

Günəş allergiyası
Günəş allergiyası gün şüaları düşdüyü zaman dəridə əmələ gələn patologiyalarla özünü biruzə verən xəstəlikdir. Günəş şüaları gün şüalarına allergiyası olan adamlarda aşağıdakı əlamətlərlə təzahür edir:
– dəridə qaşıntı
– qırmızı səpgilər
– gözlərdə yaşarma
– burun sulanması.
Bəzən günəş allergiyasına “günəş zəhərlənməsi”, “polimorf işıq reaksiyası” da deyilir.
Günəş allergiyasının zəif əlamətləri olduqda müalicəyə ehtiyac duyulmur.Günəş şüaları dəridə daha çox və dərin qızartılara səbəb olduqda isə steroid kremlərdən istifadə etmək lazım gəlir.
Günəşə qarşı allergiya olduğunu bilən şəxslər günorta vaxtı evdən çıxmadıqda və ya örtülü paltar geydikdə xəstəlik heç bir əlamətlə meydana çıxmır.
Xəstəlik dəridə olan görüntülərlə müşahidə edilir. Digər əlamətləri isə aşağıdakılardır:
– dəridə qızartı
– qaşıntı və ağrı
– üzərində çatlar olan yumrular
– qabıqvermə, çatlama və qanama
– şişkinlik.
Xəstəliyə yaxalanmamaq üçün günəş şüasının dərinizə təsir etdiyi zaman həkimə müraciət etmək lazımdır. Dəridə qalıcı və patoloji əlamətlər müşahidə olduqda dermatoloqa müraciət etmək lazımdır.
Xəstəliyin əmələ gəlməsinə müxtəlif dərmanların qəbulundan sonra dərinin daha həssas hala gəlməsi və gün şüalarına fərqli reaksiya verməsidir. Xəstəlik ən çox ağ dərili insanlarda rast gəlinir. Həssas dərisi olub, ətir, dezodorant və müxtəlif kimyəvi kremlərdən istifadə edib gün şüaları altında olan adamlar da risk altında olan adamlar siyahısındadır. Xəstəlik uzun müddət antibiotik qəbul edib,  günəş şüaları altında gəzən adamlarda da meydana çıxır.
Risk altında olan şəxslərə günorta vaxtı qısaqol paltarda gəzmək, çimərlikdə dincəlmək olmaz. Əgər dəniz kənarında dincəlmək istsələr mütləq günəş kremlərindən istifadə etmək lazımdır.

immunitet.az

loading...

Məsləhət Görürük

allergik

Allergiya və onun əmələ gəlməsi

Allergiya və onun əmələ gəlməsi. Allergiya  orqanizmin  antigen  təbiətli  maddələrə  qarşı  yüksəlmiş  və  təhrif  olunmuş …

Яндекс.Метрика

Designed by F.Aliyev