Qaynar Məqalələr

Nənələrimiz nə deyib? Ağ baş kələm

kelem

Nənələrimiz nə deyib? Ağ baş kələm.
Ağ baş kələmdə çoxlu B, PP, C və başqa vitaminlər var. Ağ baş kələmin tərkibində karbohidratların yağa çevrilməsinin qarşısını alan tartron turşusu vardır. Baş kələmin şirəsində mədə və onikibarmaq bağırsaq xorasının sağalmasına kömək edən maddə – V vitamini olur. Kələm suyu mədə şirəsinin ifrazını artırır. Kələm şirəsi ödqovucu xüsusiyyətə malikdir. Kələm şirəsindən qastrit və xora xəstəliyinin qarşısını almaq üçün 2 – 3 həftə gündə 3 dəfə yarım stəkan içmək lazımdır. Yadda saxlamaq lazımdır ki, kələm suyunu +2 *C-də ancaq 1 gün saxlamaq olar.
İltihabi xəstəliklərdə, yanıqlarda, əzilmələrdə zədəli nahiyyəyə pörtlənmiş kələm qoymaq müalicəvi təsir göstərir. Başın ağrıyan nahiyyəsinə kələm qoyulduqda ağrı azalır. Diş əti yumşaldıqda duzlu kələm suyu ilə dişləri yaxalamaq və ya duzlu kələm çeynəmək məsləhət görülür.
Duza qoyulmyş kələm suyunu babasildə, xüsusən də qəbizlik zamanı, düz bağırsaqdan qan gəldikdə içmək faydalıdır.
Kələmin orqanizmə heç bir zərəri olmadığı üçün onun qəbuluna heç bir məhdudiyyət qoyulmur və dozası yoxdur.

immunitet.az

loading...

Məsləhət Görürük

004

Şüyüd və xəstəliklər

Şüyüd və xəstəliklər. Mədə və bağırsaq xəstəlikləri zamanı şüyüd ağrıkəsici, spazmolitik, qazçıxarıcı, həzmi yaxşılaşdıran və …

Яндекс.Метрика

Designed by F.Aliyev