Qaynar Məqalələr

Hər dərdə çarə – Türkəçarə

turkcare

Hər dərdə çarə – Türkəçarə.
Dəmrov zamanı.
Aptek çobanyastığının qatı dəmləməsi, yatıqqanqal dəmləməsi, Teader çayı vannaları yaxşı təsir göstərir.
Göz qapaqlarındakı quruluq zamanı.
Dioskoreya bitkisinin kökü dəmlənərək göz qapaqları yuyulur. Üzərlik və gülümbahar bitkilərindən yarıbayarı götürülüb qaynadılır və gözlər isladılır.
Panpreatit zamanı.
Gündə 3 dəfə 10 damcı propolis covhəri qəbul edilir, ayda 10 gün 20%-li propolis suya salınaraq yeməkdən 1 saat əvvəl 20 damcı içilir. 10 gün fasilə verdikdən sonra müalicə təkrarlanır. Prosedur 3 ay müddətinə aparılır.
Zob xəstəliyi zamanı.
100 qram naz bitkisinin qurudulmuş çiçəkləri, 100 qram quşarmudu meyvəsi, eyni miqdarda pişikotu, damotu, qazayağı və biyan bitkisi götürülüb ilıq suda dəmlənilıir. Gündə 3 dəfə yarım stəkan içilir.
Sonsuzluğun müalicəsi zamanı.
2 hissə bal, 1 hissə əzilmiş, döyülmüş qaraçörəkotu götürülür. Səhər-axşam yeməkdən 40 dəqiqə əvvəl 1 çay qaşığı qəbul edilir.
Ekzema zamanı.
Teader çayı həm daxilə, həm də xaricə islatma şəklində istifadə edilir. Gülümbahar yarpaqları, yatıqqanqal, boymədəran və tozağacı yarpaqları bərabər miqdarda götürülərək qaynadılır, qaynadıqdan sonra nə qədər qalsa üzərinə bir o qədər də propolis cövhəri əlavə edilir və onunla islatma qoyulur.
Hepatitlər zamanı.
1 xörək qaşığı qərənfil, 10 ədəd gülümbahar çiçəyi, 1 xörək qaşığı adaçayı, 1 xərək qaşığı qaraqınığın üzərinə 2 litr soyuq su əlavə edilib vam oddə dəmlənir.
2 dəqiqə qaynadıqdan sonra süzülür, üzərinə 1 xörək qaşığı propolis cövhəri əlavə olunur. Hər səhər acqarına 1 stəkan qəbul edilir.

immunitet.az

loading...

Məsləhət Görürük

004

Şüyüd və xəstəliklər

Şüyüd və xəstəliklər. Mədə və bağırsaq xəstəlikləri zamanı şüyüd ağrıkəsici, spazmolitik, qazçıxarıcı, həzmi yaxşılaşdıran və …

Яндекс.Метрика

Designed by F.Aliyev