Qaynar Məqalələr

Döşlərin şişməsi və ağrıması xərçəngin əlamətidirmi?

xeste

Döşlərin şişməsi və ağrıması xərçəngin əlamətidirmi?
Döşlərin şişməsi və ağrılı olması müxtəlif səbəblərdən ola bilir. Bu səbəblərdən biri aybaşıöncəsi sindromudur.
Aybaşıdan bir-neçə gün əvvəl döşlərin ağrılı və şişkin olması normal hal kimi qiymətləndirilə bilir. Bəzən qadınlar belə zamanlarda döşlərini əllədikdə iri bir bərk, ağrılı kütlə ilə rastlaşdıqlarını deyirlər. Bu kütlə xoşxasiyyətli hesab olunur. Əgər bu kütlə aybaşı başlayandan sonra keçib gedirsə, patoloji hal kimi qiymətləndirilmir.
Aybaşıdan əvvəl döşlərin ağrıması və şişməsinə qadınların 60%-ində rast gəlinir. Əlamətlər əzabverici olduğu üçün qadınların çoxu bu vəziyyətdən çox narahat olurlar. Aybaşı qabağı döşlərdə əmələ gələn kütlə sonradan itməsə, mütləq həkimə müraciət etmək lazımdır.
Döşlərdə bu vəziyyətin əmələ gəlməsinə qadın orqanizmində hormonların artıb-azalması səbəb olur. Normal aybaşı zamanı hormonlar artıb-azalır. Ostrogen hormonunun artması səbəbindən süd axarlarında genişlənmə olduğuna görə döşlər böyüyür. Döşlərin böyüməsi də bu səbəbdən baş verir. Ostrogen və proqestron hormonları 28 günlük aybaşı tsiklinin 14-28-ci günlər arası artır. Progestron hormonu aybaşı qabağı yüksəlir, ostrogen hormonu isə orta ongünlükdə artış göstərir. Qadınlar yaşlandıqca meydana gələn hormon səviyyələrindəki dəyişiklik döşlərdə həssaslığın artmasına səbəb olur. Qadınlar arasında döş xərçəngi sayının artdığını nəzərə alaraq qadınlardan aşağıdakı hallarda həkimə müraciət etmələri vacıbdır:
* döşlərdə yeni və bərk yumrular hiss edildikdə
* döş uclarından kofe rəngində və ya qanlı ifrazat gəldikdə
* döşlərdə yatan və işgörən zaman ağrılar hiss edildikdə
* döşlərin biri digərində böyük və ağrılı olduqda.

immunitet.az

loading...

Məsləhət Görürük

0987-4

Yumurtalıqların anadangəlmə inkişaf anomaliyaları

Yumurtalıqların anadangəlmə inkişaf anomaliyaları. Yumurtalıqların inkişaf anomaliyaları aşağıdakı xəstəliklərlə özünü göstərir: * yumurtalıqların birinin olmaması …

Яндекс.Метрика

Designed by F.Aliyev