Qaynar Məqalələr

Türkiyədə hərbi Çevriliş İstanbul küçələri Tanklarla dolub VİDEO+FOTO

İstanbulun Baş Prokurorluğu hərbi çevrilişə cəhd göstərmiş hərbçilərlə bağlı həbs qərarı verib. operativ-əməliyyat tədbirləri artıq başlanıb.

İstanbulda Atatürk beynəlxalq hava limanı, Ankarada TRT-nin və itqtidarda olan Ədalət və İnkişaf Partiyasının baş qərargahının binalarının ətrafında hərbçilərdir.

Onların qiyamçı hərbçilər olduqları deyilir.

Lakin az öncə bəlli olub ki, qiyamçıların özləri mühasirəyə alınıblar.

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahında ordu generalı, Baş Qərargah rəisi Hulusi Akar qiyamçı hərbçilər tərəfindən girov götürülüb.

Baş Qərargahın binasında atəş səsləri gəlir. Bir vertolyot binanın ətrafına atəş açıb.

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı xüsusi bəyanat yayaraq “ölkənin idarəetmə strukturlarına nəzarəti əlinə keçirdiyini, ölkə rəhbərliyinine nəzarət altına alındığını, Türkiyənin beynəlxalq siyasətinin dəyişməyəcəyini” bildirib.

Türkiyənin baş naziri Binali Yıldırım ölkədə hərbi çevriliş cəhdinin qarşısının alındığını bildirib.

baş nazir CNN Türk telekanalına söyləyib: “Bir qrup hərbçi onlara verilmiş səlahiyyətlər və silahlardan istifadə edərək məsuliyyətsiz, qanunsuz addımlar atmağa çalışıblar. Asayişi və qayda-qanununu qorumaq üçün əlimizdən gələni edəcəyik. Günahkarları ən ağır cəza gözləyir”.

Ankarada naməlum hərbti vertolyot Milli İstihbarat Təşkilatının binasını atəşə tutub.
Hazırda Ankara səmasında hərbi təyyarələr və vertolyotlar uçuşur.

İstanbulda polis Bosfor boğazı üzərindən körpülər üzərində hər iki istiqamətə hərəkəti dayandırıb.

İstanbuldakı Atatürk hava limanı qapadılıb. Ankarada polis və jandarmeriyanın bütün əməkdaşları təcili işə çağırılıblar.

Ankarada hazırda TRT və MİT binalarını əsgərlər mühafizəyə alıblar. TRT yayımı dayandırıb.

Az öncə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı “Ölkədəki situasiyaya tam nəzarət olunur, bütün dövlət qurumları kontrol altındadır” bəyanatını yayıb.

mənbə MİLLİ.AZ

 

syutiuiuo_475767 upload-01-pic905-895x505-9230 57894ad1cbbf340eb0f3e237

loading...

Məsləhət Görürük

ghgh

Samsung galaxy işlədən oğlanın başına görün nə gəldi VİDEO

Яндекс.Метрика

Designed by F.Aliyev