Qaynar Məqalələr

Buynuz qişanın anomaliyaları

0987

Buynuz qişanın anomaliyaları
Buynuz qişanın anomaliyaları müxtəlif şəkildə ola bilər.
1. Mikro cornea – kiçik buynuz qişa çox vaxt anadangəlmə olub, bəzən kiçik göz alması ilə birlikdə təsadüf olunur. Buynuz qişanın ölçüləri bəzən kiçik dairə şəklində görünür. Qazanılma kiçik buynuz qişa göz alması atrofiyasnda təsadüf olunur.
2. Meqalocornea  kerato- qlobus-böyük buynuz qişa. Buynuz qişa normaya nisbətən böyüyür, belə ki, diametri 14- 16 mm-ə çatır. Limb genişlənır, ön kamera dərinləşir, buynuz qişa önə doğru qabarmış kimi görünür, buynuz qişanın əyrilik radiusu isə dəyişmir. Böyük buynuz qişa anadangəlmə hidroftalmiyada rast gəlinir. Bu zaman uşaqda anadangəlmə qlaukoma nəticəsində, qlaukomanın digər əlamətləri ilə yanaşı görmə itiliyi də çox tez pozulur, bəzən tam itir. Bu anomaliya sərbəst anomaliya kimi də rast gəlinə bilər. Bu zaman görmə itiliyi pozulmur, ailəvi xarakter daşıyır.
3. Keratoconus – buynuz qişanın bu növ anomaliyasında buynuz qişa konus şəklində olur. Zirvəsi buynuz qişa mərkəzinə müvafiq olmayıb onun aşağı hissəsində yerləşır. Keratokonus nadir hallarda anadangəlmə olur, çox vaxt isə 15-20 yaşlarda meydana çıxır. Buynuz qişanın forması tədricən dəyişir. Xəstəlik inkişaf etdikcə bu, xususilə yandan baxdıqda hiss olunur. Konusun zirvəsi nazikləşir, sonralar bulanıqlaşır. Əsasında isə yaşılımtraq halqa əmələ gəlir. Xəstəlik adətən  iki gözdə olur, müəyyən səviyyəyə qədər inkişaf edib sonralar həmin vəziyyətdə də qalır. Xəstəliyin əsas səbəbi endokrin sisteminin pozulması ilə əlaqələndirilir.
Müalicəsi:
Xəstəliyin ilk günlərində əmələ gəlmiş miopiyanın və astiqmatizmin korreksiyası görmə itiliyini artırır. Sonralar bu korreksiya heç bir nəticə vermir. Bu zaman ancaq kontakt linzalarla korreksiya etmək lazımdır. Əgər bulanıqlaşma konusun zirvəsində baş vermişsə əməliyyat tələb olunur.

 immunitet.az
loading...

Məsləhət Görürük

gozlere qulluq

Gözlərə qulluq

Gözlərə qulluq Gözlərin həmişə sağlam olması üçün onları yorğunluqdan qorumaq lazımdır. Bunun üçün uzanmaq, gözlərin …

Яндекс.Метрика

Designed by F.Aliyev