Qaynar Məqalələr

Beyin exinokokkozu

enxk

Beyin exinokokkozu
Beyin exinokokkozu exinokokk tərəfindən törədilir. Bu zaman beyində exinokk ətrafında reaktiv iltihab başlayır və bir neçə qatdan ibarət birləşdirici toxuma kapsulu yaranır. Exinokokk qovuqları yaxınlığında olan qan damarları və qişalar infiltratlaşır, parazit ətrafında beyin toxuması yumşalır. Həcmcə exinokokk kiçik noxuddan toyuq yumurtasına qədər böyüyə bilər. Beyində exinokokk ən çox mərkəzi qırşıqlarda, alın payında, yarımkürələrin dərinliyində yerləşır.
Çoxkameralı exinokokk beynin bir neçə nahiyyəsində yerləşə bilər.
Simptomları:
Xəstəliyin əlamətləri beyin şişini xatırladır. Bu zaman həm ümumi, həm də məhəlli əlamətlər meydana çıxır. Göz dibində durğunluq olur, xəstədə ümumi və məhəlli epileptik çırpıntılar, psixi pozğunluq müşahidə olunur. Exinokokkun həcmi və yerləşməsindən asılı olaraq xəstəliyin əlamətləri müxtəlif ola bilər. Bəzən exinokokkun yerləşdiyi yerdə kəllə sümüyü nazikləşir və uzərində naxışlar görünür. Get- gedə xəstə zəifləyir, arıqlayır. Xəstəlik bir neçə ay müddətində kəskinləşıb, epileptik çırpıntıların artmasına və xəstənin ölümünə səbəb olur.
Müalicəsi:
Xəstəliyin müalicəsi simptomatikdır. Bəzən cərrahi müalicə tətbiq edilir.

immunitet.az

loading...

Məsləhət Görürük

14063815_280619148977900_714207152020127804_n

Serotonin nədir?

Depressiya dərmanlarından və antidepressantlardan söz düşdükdə ilk növbədə ağıla gələn şey serotonin hormonu olur.Yəni serotoninin …

Яндекс.Метрика

Designed by F.Aliyev