Qaynar Məqalələr

Baş qaşınmasının səbəbləri

 

sac

Baş qaşınmasının səbəbləri.
Başın qaşınmasına səbəb tük diblərində olan müxtəlif problemlərdir. Baş qaşınması ən çox yeniyetmələrdə və yaşlılarda rast gəlinir. Bu zaman baş dərisində bəzi əlamətlər meydana çıxır:
* gözlə görülən qızartılar
* bəzi hissələrdə sızanaqlar
* saç dərisində olan kəpəklər.
Əlamətlər birdən-birə başlayır və insana narahatçılıq hissi verir. Bəzən bunun səbəbini yağlı dərinin həddindən artıq yağlanmasıdır. Bu zaman başın dərisində kəpək, infeksiyalar, iltihabi ocaqlara rast gəlmək olur. Bəzi vaxtlar autoimmun xəstəliklər də baş qaşınmasına səbəb ola bilir. Amma əsasən başın qaşınmasına aşağıdakılar səbəb ola bilir:
* saç dərisində aknelər
* allergiyaya səbəb olan saç boyaları
* qaynar su ilə yumaq
* ekzema
* göbələk xəstəlikləri
* hipotrioz
* psoriaz
* stress
* günəş yanığı.
Baş qaşınmasının verdiyi rahatsızlıq onun şiddətindən və qaşınmanın müddətindən asılıdır. Qaşıntı başın bir hissəsində və ya bütöv saç dibində ola bilər.
Baş qaşınmasının müalicəsi onu törədən səbəbləri aradan qaldırmaqdan ibarətdir. Əgər səbəb dermatitdən qaynaqlanırsa saçlara xüsusi qulluq etmək lazımdır, yox əgər göbələk mənşəli qaşınmadırsa göbələk əleyhinə müalicə tələb olunur. Bitki tərkibli müxtəlif saç şampunları da vardır ki, onlar baş dərisinə müalicəvi təsir göstərir. Onların istifadəsi saçların dibində olan iltihab əlamətlərini və dəridəki qıcıqlanmaları aradan qaldırır.

immunitet.az

loading...

Məsləhət Görürük

allergik

Allergiya və onun əmələ gəlməsi

Allergiya və onun əmələ gəlməsi. Allergiya  orqanizmin  antigen  təbiətli  maddələrə  qarşı  yüksəlmiş  və  təhrif  olunmuş …

Яндекс.Метрика

Designed by F.Aliyev