Qaynar Məqalələr

Hipertrofik kardiomiopatiya

urek e

Hipertrofik kardiomiopatiya
Hipertrofik kardiomiopatiya miokardın birincili zədələnməsi olub, sol mədəciyin hipertpofiyası, sol mədəcik ölçülərinin normal qalması, yaxud azalması, diastolik funksiyanın kəskin pozulması və bir çox hallarda ürəyin ritm pozğunluqlarının meydana çıxması ilə səciyyələnən xəstəlikdir.
Xəstəliyin əmələ gəlməsində neyrohumoral faktorların (katexolaminlər, insulin, somatotrop hormon, qalxanvari vəzin hormonu) rolu olduğu təsdidlənmişdir.
Xəstəliyin etiologiyası tibbə məlum deyil, amma irsi faktorların rolunun olması danılmazdır.
Sol mədəciyin asimmetrik, və ya simmetrik hipertrofiyasının formalaşması, miokardın fibrozu və kiçik koronar arteriyaların anormal qalınlaşması ürəkdaxili hemodinamikanın və koronar qan dövranının dəyişikliklərinə gəririb çıxarır ki, bu da praktik olaraq hipertpofik kardiomiopatiyanın kliniki əlamətləri ilə müşayət olunur.
Xəstəliyin kliniki əlamətləri simptomsuz şəkildən funksional vəziyyətin ağır pozulmasına və qəfil ölümədək dəyişir.
Xəstələrin əsas şikayətləri döş qəfəsində ağrıdan, təngnəfəslikdən, ürəkdöyünmədən, başgicəllənmədən və bayılmadan olur.Çox vaxt başgicəllənmə və bayılmanın səbəbi ürəyin dəqiqəlik həcminin kəskin enməsi olur. Bayılma halları, eləcə də bradikardiya, miokardın işemiyası və arterial təzyiqin dəyişməsi ilə əlaqədardır.
Xəstəliyə diaqnozun qoyulmasında EKQ-nın və EXO kardioqrafiyanın nəticələri əsas götürülür.
Maqnit rezonans tomoqrafiyanın nəticələri diaqnozun tam dəqiqləşməsinə imkan verir.

immunitet.az

loading...

Məsləhət Görürük

soyuq-hava

Soyuq havanın ürəyə zərərləri

  Soyuq havanın ürəyə zərərləri. Mütəxəssislər soyuq havanın koronar damar xəstəliklərindən və yüksək təzyiqdən əziyyət …

Яндекс.Метрика

Designed by F.Aliyev