Yay aylarında necə qidalanmalı?

yay

Yay aylarında necə qidalanmalı?
İlin hər bir fəslinə uyğun qidalanma rejimi olmalıdır. Məsələn qış aylarında isti yeməklərə, ət xərəklərinə, payızda vitaminli qidalara üstünlük verilir. Bəs yayda necə, yay fəslinin də öz qida rasionu var?
Yay aylarında havaların isti olduğuna görə orqanizmin suya olan ehtiyacı artır. Yay aylarında qidalanmadan söhbət düşdükdə ilk növbədə orqanizmin su ehtiyacının ödənməsi lazımdır. Bunun üçün gün ərzində ən azı 2 litr su qəbul eləməli və bol meyvə-tərəvəzdən istifadə olunmalıdır.
Yay aylarında insanların çox tərlədiyinə görə orqanizmdən tərlə birlikdə soda, kalium və digər minerallar da xaric olunur. Bu mineralların orqanizmdən xaric olunması isə öz növbəsində halsızlığa, nəbzin zəifləməsinə, yorğunluğa və hərəkət azlığına səbəb ola bilir.
Orqanizmdən xaric olan sodanı gündəlik duzlu ayrandan istifadə etməklə bərpa etmək olar. Kalium itkisini bərpa etmək üçün isə bolluca meyvə və tərəvəz yemək lazımdır.
Yay aylarında susuzluğu bərpa etmək üçün qazlı içkilərdən uzaq durmaq lazımdır. Qazlı suların əvəzinə limonad, ayran, sərin şərbətlər, soyuq süd, təzə çəkilmiş meyvə şirələri və ya bitki çayları içilərsə daha faydalı olar.
Yay aylarında zəhərlənmələrdən və ishaldan qorunmaq üçün vaxtından əvvəl yetişmiş bostan bitkilərinin yeyilməsi, tağdan və ya ağacdan dərilən meyvə-tərəvəzlərin yuyulmamış yeyilməsi məsləhət görülmür.
Yay aylarında xəmir xörəkləri yemək olmaz. Çünki yayda xəmir xörəyi yemək insanda halsızlığa və yorğunluğa səbəb ola bilir. Plov və makaron məmulatlarından da yay aylarında az istifadə etmək lazımdır. Unutmaq lazım deyil ki, sağlam qidalanma sağlam həyat tərzi deməkdir.

immunitet.az

loading...

Məsləhət Görürük

kokteyl2

7 gün və 7 növ kokteyllə sağlam şəkildə arıqlama

7 gün və 7 növ kokteyllə sağlam şəkildə arıqlama. 7 gün ərzində sağlam şəkildə arıqlamaq …

Яндекс.Метрика

Designed by F.Aliyev