Ölümə aparan yollar

olume

Ölümə aparan yollar.
1. Narkotiklər.
Narkotiklər beyin və sağlam şüurun ən böyük düşmənidir. Bir müddət istifadə etdikdən sonra şüur və hafizə itkisi, zaman və məkan anlayışında pozğunluq, intihara meyillilik, nəfəs darlığı, boğilma hissi, iflicə səbəb ola bilir. Bir qram narkotik qəbulu bir milyon beyin hüceyrələrinin ölümünə səbəb olur. Bir-iki dəfə qəbul eləmək kifayətdir ki, özündən asılılıq yaratsın.
Əlamətləri dəridə iynə izləri, fikir dağınıqlığı, hərdəmxəyallıq, əsəbilik, gözlərin sulanması, burnun geyişməsi, əsnəmə, göz bəbəklərinin genəlməsi və s.
2. Siqaret.
Siqaretin tərkibində 4000 cür zəhərli maddə var. Bu zəhərli maddələr qana keçərək bütün orqanizmi zəhərləyir. İlk növbədə ağciyərlər, qida borusu və ürək, daha sonra beyin və başqa orqanlar toksikoza məruz qalır. Siqaret alışqanlığı olan adamlarda xərçəng riski yüksək olur. Qapalı şəraitdə siqaret çəkən adamın zəhərlənmə riski daha yüksək olur. Mütəxəssislərin hesablamalarına görə siqaret alışqanlığı olan 100 adamdan 50-si vaxtından əvvəl ölür.
Əlamətləri dırnaqların saralması, ağızdan və paltarlardan siqaret iyinin gəlməsi, öskürmə.
3. Alkohol.
İnsanın 1 kubsantimetr qanında 1 milliqram alkohol tapılarsa, bu onun alkoholdan asılı olduğu deməkdir. Bu da bütün orqanlardın alkoholla zəhərlənməsi deməkdir. Alkoholdan asılı olan adamlarda mədə xəstəliklərindən tutmuş beyin əlamətlərinə kimi müşahidə edilə bilir. Spirtli içki qəbul edən şəxslərdə ürək və damar xəstəlikləri, böyrək xəstəlikləri, qaraciyər xəstəlikləri, əsəb xəstəlikləri riski çox yüksək olur.
Əlamətləri ağızdan spirt iyi gəlməklə bərabər, əllərdə əsmə, başın əsməsi, içki qəbul etməyən zaman əsəbilik, mərkəzi sinir sistemi xəstəlikləri.

immunitet.az

loading...

Məsləhət Görürük

sugar

Gün ərzində nə qədər şəkər qəbul etməli?

Gün ərzində nə qədər şəkər qəbul etməli? Gün ərzində istifadə etdiyimiz bir çox qidaların tərkibində …

Яндекс.Метрика

Designed by F.Aliyev