Qaynar Məqalələr

Daşamaplov

plov

Daşamaplov
Lazım olan ərzaqlar:
Düyü – 4 stəkan
Kərə yağı – 5 xörək qaşığı
Kartof – 3 ədəd
Razyana – 1 çay qaşığı
Cirə – 1çay qaşığı
Sarıkök – 1çay qaşığı
Zəfəran – 1 qr
Zirinc – 30 qr
Duz.
Aş – qara üçün:
Quzu antrikotu – 1kq
Duz, istiot.
Düyü yuyulub 3 saat duzlu suda saxlanır. Zəfəranının üzərinə qaynar su əlavə edilib dəmə qoyulur. Kartof xırda-xırda doğranır. Ət yuyulur, pörtlədilir, suyu süzülərək duz və istiot qatılır. Əvvəlcədən isladılmış düyünün suyu süzülür, yuyulur və duzlu suda 3 dəqiqə qaynadılır. Qaynayan düyünün üzərinə kartof əlavə edilib birlikdə 3 dəqiqə yenidən qaynadılıb suyu süzülür, cirə, sarıkök, razyana, zirinc əlavə edilib astaca qarışdırılır. Ət kənarda əridilmiş kərə yağında bir az qızardılır. Düyünün üzərinə zəfəran dəmləməsi gəzdirib ətin üzərinə yığılır və dəmə qoyulur.

immunitet.az

loading...

Məsləhət Görürük

makarna

Sobada toyuqlu makaron

  Sobada toyuqlu makaron. Lazım olanlar: * 3 ədəd toyuq budu * 500 qram makaron …

Яндекс.Метрика

Designed by F.Aliyev