Qaynar Məqalələr

Ayaqlara qulluq

qulluq

Ayaqlara qulluq.
Ayaqları hər gün yatmamışdan əvvəl ilıq su və sabunla yumaq lazımdır. Bədəni möhkəmləndirmək üçün ayaqları gah isti, gah da soyuq vanna etmək məsləhətdir. Ayaqları yuduqdan sonra qurulamaq lazımdır. Xüsusilə də barmaqların arası yaxşı-yaxşı qurulanmalıdır. Çünki  barmaqların arasında su qaldıqda bişməcə əmələ gəlir ki, bu da göbələk xəstəliyinin əmələ gəlməsinə səbəb olur.
Əgər ayaqlar çox tərləyirsə, hər gün 10-15 dəqiqə ayaqları isti vanna etmək lazımdır. Lakin suya az miqdarda kalium-permanqanat tökmək lazımdır. Vannadan sonra ayaqları yaxşıca qurulayıb formalin məhlulu sürtmək lazımdır. Yuyulub qurudulmuş ayaqlara urotropin və talk qarışığı olan pudra sürtülərsə ayaqlardan iy gəlməz.
Ayaqqabılara edilən qulluq da ayaqlara qulluğun bir hissəsini təşkil edir. Ayaqqabıları hər gün qurutmaq lazımdır. Əgər ayaqqabının içərisi iylənirsə pambığa batırılmış perekis məhlulu və ya formalin vasitəsi ilə bunu aradan qaldırmaq olar.
İşin xarakterinə görə rezin ayaqqabı geymək lazım gəlirsə onda, havanın isti və ya soyuq olmasından asılı olmayaraq yun corab geymək lazımdır.
Ayaqlardakı tərləmənin qarşısını almaq üçün palıd qabığı dəmləməsi yaxşı təsir göstərir.
Dabanların bərkiməsinin qarşısını almaq üçün isti suya bir az naşatır spirt və ya çay sodası tökmək lazımdır. Dabanlar yumşalandan sonra isə onu xüsusi vasitələrlə sürtmək və yerinə piy və ya yumşaldıcı krem çəkmək lazımdır.

immunitet.az

loading...

Məsləhət Görürük

qis

Orqanizmi qışa necə hazırlamalı

Orqanizmi qışa necə hazırlamalı. İsti yay fəsli öz yerini sərin və küləkli payıza verdikcə havalar …

Яндекс.Метрика

Designed by F.Aliyev