Qaynar Məqalələr

Feoxromosioma

frexo

 

Feoxromosioma

Feoxromositoma adrenalin və noradrenalin ifraz edən neyroektodermal toxumanın şişidir. Bu şişin mənbəyi böyrəküstü vəzin beyin maddəsidir. Nadir hallarda o, çanaq və qarın boşluğunun orqanlarının sinir kələfində, böyrək qapısında, sidik kisəsi divarında və düz bağırsaq divarında ola bilir. Xəstəlik genetik xəstəlik sayılır və ailəvi xarakter daşıyır.
Feoxromositomanın ölçüləri bir-neçə millimetrdən 3 kiloqrama qədər ola bilir. Daha çox ifraz olunan hormonun xarakteri xəstəliyin kliniki əlamətlərini müəyyən edir.
Xəstəliyin kliniki əlaməti qana çoxlu miqdarda daxil olan adrenalin və noradrenalinin təsiri ilə səciyyələnir.
Xəstəlik zamanı xəstədə aşağıdakı əlamətlər müşahidə edilir:
– ürəkdöyünmə
– kəskin baş ağrıları
– tərləmə
– yüksək təzyiq.
Təzyiq hətta hipertonik krizə səbəb ola bilir. Krizlər günün istənilən vaxtı, hətta yuxuda ikən belə tuta bilir. Feoxromositoma zamanı xəstələr həyəcanlı olurlar. Onlarda ürəkbulanma, qusma qeyd olunur, dəriləri nəm və solğun olur. Xəstənin dərisi adrenalin effektinə görə hiperemiyalaşır. Bəzən taxikardiya və temperatur müşahidə edilir.
Xəstəliyə diaqnozun qoyulmasında qanın biokimyəvi analizlərinin, qanda olan adrenalin və noradrenalinin miqdarı, sidiyin ümumi analizləri, farmokoloji sınaqların nəticələri əsas rol oynayır.
Müalicə – cərrahi yolla şişin kəsilib götürülməsindən ibrətdir.

immunitet.az

loading...

Məsləhət Görürük

canser

Xərçəngin əmələ gəlmə səbəbləri

Xərçəngin əmələ gəlmə səbəbləri Şiş xəstəliklərinin əmələ gəlməsində bioloji, fiziki və kimyəvi amillərin rolu vardır. …

Яндекс.Метрика

Designed by F.Aliyev