Qaynar Məqalələr

Divertikulit

diver

Divertikulit
Divetikulalar – bağırsaqlarda rast gəlinən yırtıqvarı qabarmalardır ki, həm nazik, həm də yoğun bağırsaqda rast gəlinir.
Ümumi məlumat:
Adətən simptomsuz keçir, rentgenoloji müayinə zamanı təsadüfən aşkar olunur. Divertikulun iltihabı rast gəlinir ki, bu da divertikulit adlanır. Anadangəlmə və qazanılma ola bilər. Mekkel divertikulu – mədə-bağırsaq traktında çox rast gəlinir. Embriogenezdə öd axarının bitişməməsi nəticəsində bu qüsur əmələ gəlir. Mekkel divertikullunun ağırlaşması qanaxmalar şəklində ola bilər.
Səbəbləri:
Divertikulitin inkişafı divertikulda qidanın qalması ilə inkişaf edir, nəcis daşları əmələ gəlir və bakterial infeksiya qoşula bilir. İltihab qonşu orqanlara keçə bilər.
Simptomları:
– Qızdırma.
– Qarında ağrı.
– Qəbizlik.
– Ürəkbulanma.
Peritonit inkişaf edərsə bərk ağrılı yara, tezləşmiş nəbz, arterial təzyiqin aşağı düşməsi müşahidə olunur. Qanda leykositlərin sayı artır, nəcisdə qan aşkar etmək olar.
Diaqnostika:
Həkim-cərrah xəstəni müayinə edərək şübhə yarandıqda rentgenoloji müayinə, kompyuter tomoqramma, USM ilə diaqnozu təsdiq edir.
Siz nə edə bilərsiniz:
Simptomlara şübhə olduqda mütləq təcili yardım çağırmaq lazımdır.
Həkim nə edə bilər:
Müalicə stasionar şəraitində aparılır. Zəruri olarsa cərrahi müdaxiləyə müraciət olunur.

immunitet.az

loading...

Məsləhət Görürük

m%c9%99d%c9%99

Mədədə köp və qaz əlamətləri

Mədədə köp və qaz əlamətləri. Mədədə köp və qazın olması sağlamlıq baxımından həyat üçün riskli …

Яндекс.Метрика

Designed by F.Aliyev