Qaynar Məqalələr

Sağlam qidalanma psixozu

sağlam

Sağlam qidalanma psixozu.
Son illər sağlam qidalanmaya meyillik o qədər artıb ki, problemə çevrilib. Mütəxəssislər bununla əlaqədar olan problemi sağlam qidalanma psixozu – ortoreksiya adlandırırlar. Sağlam qidalanma naminə insanları pəhrizə, müxtəlif qidalardan imtina etməyə gətirib çixaran bu xəstəlik artıq həkimlərin nəzərini cəlb etməyə baylayıb.
Ortoreksiyaya tutulmuş şəxslər bəzi qidalardan imtina edir və ya vegeterian olur, ya da qidaları çiy şəklində qəbul edir. Onlar süni qida yeyən adamları normal saymır, tağdan təzə dərilmiş qidalara üstünlük verir, qidanın hər tikəsini uzun müddət çeynəməmiş udmurlar. Bir sözlə hamının adi qaydada gündə 3 dəfə qəbul elədiyi qida, onlar üçün çətin, problemli bir məsələyə çevrilir.
Ortoreksiyanın əlamətləri:
* Hər gün saatlarla düzgün və sağlam qidalanma barədə düşünmək.
* Səhəri gün nə yeyəcəyini ciddi-cəhdlə fikirləşmək.
* Kökəlmək və sağlam olmayan qidalardan xəstələnmək qorxusu ilə yaşamaq.
* Ciddi-cəhdlə idmanla məşğul olmaq.
* Yağ və karbohidratlardan imtina etmək.
* Yediyi qidanın hər gün kalorisini hesablamaq.
Son illərdə sağlam qidalanma və sağlam həyat tərzi haqqında düşüncələr çoxalıb. Ortoreksiya bu düşüncələrə anormal sayda sahib olmaq və həyata keçirməkdir.
Ortoreksiya qorxulu bir xəstəlikdir. O vitaminli qida qəbulunun olmamasına görə orqanizmdə anemiya, osteoporoz, ürək-damar və əsəb sistemi xəstəliklərinə səbəb olur. Bəs insanda ortoreksiyanın olmağını nədən bilmək olar?
Ortoreksoya xəstələrində aşağıdakı xüsusiyyətlər olur:
* Xəstə yeyilən qidanın ləzzətindən çox onun tərkibindəki ilə maraqlanır.
* 1 fincan kofedən imtina etməyi özünə fəxr bilir.
* Qonaqlıqlarda, kafe və restoranlarda yemir.
* Düzgün qidalandığını düşünərək özü ilə fəxr edir.
* Onunla həmfikir olmayan adamlara düşmən kimi baxır.
* Necə lazımdı qidalandıqda, öz üzərində nəzarəti tam əlinə aldığını düşünür.

immunitet.az

loading...

Məsləhət Görürük

kokteyl2

7 gün və 7 növ kokteyllə sağlam şəkildə arıqlama

7 gün və 7 növ kokteyllə sağlam şəkildə arıqlama. 7 gün ərzində sağlam şəkildə arıqlamaq …

Яндекс.Метрика

Designed by F.Aliyev