Qaynar Məqalələr

Portağal tortu

portağal

Portağal tortu.
Biskvit üçün:
Un – 1 stəkan
Yumurta – 5 ədəd
Şəkər tozu – 1 stəkan
Qabartma tozu – 10 qr
Vanil – 1\4 çay qaşığı
Krem üçün:
Xama – 500 qr
Şəkər tozu – 1 stəkan
Bəzək üçün:
Portağal jelesi – 150 qr
Kokos tozu – 100 qr
Portağal – 2 ədəd
Hazırlanması:
1. Yumurtanın ağı qatılaşana qədər mikserlə çalınır.
2. Üzərinə şəkər tozu və yumurtanın sarısı əlavə olunaraq yenidən mikserlə çalınır.
3. Una qabartma tozu qatılaraq hazırlanmlş kütləyə əlavə olunur.

4. Biskvit xəmiri formaya yayılır və əvvəlcədən 180 dərəcəyədək qızdırılmış sobada 15-20 dəqiqə bişirilir.
5. Hazır biskvit iki yerə bölünür, soyuduqdan sonra arasına xamalı krem çəkilir.

6. 2 qatlı tənzıf salınmış süzgəcin içinə xama əlavə edib, axşamdan səhərə kimi suyu süzülür. Xamanın üzərinə şəkər tozu əlavə edib mikserlə çalınır.
7. Biskvitin arasına xamalı krem çəkilir.
8. Xamalı kremin üzərinə xırdalanmış portağal dilimləri düzülür.
9. Tortun üzərinə və yanlarına krem, mərkəz hissəsinə portağal jelesi çəkilir.
10. Tortun kənarları kokos tozu və biskvit ovuntuları ilə bəzədıilir.

immunitet.az

 

loading...

Məsləhət Görürük

makarna

Sobada toyuqlu makaron

  Sobada toyuqlu makaron. Lazım olanlar: * 3 ədəd toyuq budu * 500 qram makaron …

Яндекс.Метрика

Designed by F.Aliyev