Qaynar Məqalələr

Hipertonik kriz

HİPER

Hipertonik kriz
Hipertonik kriz arterial təzyiqin beyin, tac və ya  böyrək qan dövranının pisləşməsi və vegetatıv simptomlarla müşayiət olunan qəfil qalxmasıdır. Bir sözlə hipertonik kriz arterial təzyiqin qəfil qalxmasıdır ki, bu orqanizmdə müxtəlif patologiyalara səbəb olur.
Hipertonik kriz adətən uzun müddət sürən xəstəliklər zamanı və ya xəstəliyin ilkin kliniki əlaməti kimi səciyyələndirilə bilər.
Hipertonik krizin yaranmasına bütün risk amilləri şərait yarada bilər. Bunlara aşağıdakılar aiddir:
– psixi-emosional gərginlik
– duzlu qida qəbulu
– spirtli içkilərin qəbulu
– mənfi ərtaf mühit amili.
Hipertonik kriz arterial təzyiq düzənli və düzgün müalicə olunmadıqda da yarana bilir. Hipertonik kriz arterial təzyiqin qalxması olsa da, beyin tac damarlarında əmələ gətirdiyi patologiyalara görə ondan fərqlənir. Hipertonik krizin diaqnostik əlamətləri aşağıdakılardır:
– qəfil başlama
– xəstənin arterial təzyiqinə xas olmayan səviyyəyə qalxması
– ürək döyünmə
– ümumi beyin əlamətləri ( baş ağrısı, ürəkdöyünmə, ürəkbulanma, qusma, eşitmə və görmənin pisləşməsi )
Hipertonik kriz böyrəküstü vəzin hormonlarının qalxması nəticəsində baş verir, qızğın və azmüddətli (2-3 saata qədər) davam edir. Hipertonik krizin başqa forması da vardır ki, bu arterial təzyiqin bədxassəli forması zamanı baş verir.
Hipertonik kriz aşağıdakı ağırlaşmalarla nəticələnir:
– hemorragik insult
– xroniki böyrək çatışmazlığı
– kəskin və xroniki ürək çatışmazlığı
– aterosklerozun ağırlaşması.

immunitet.az

loading...

Məsləhət Görürük

kann

Qanın laxtalanma qabiliyyətinin artması

Qanın laxtalanma qabiliyyətinin artması Qanın laxtalanması aşağıdakı amillərin təsiri nəticəsində sürətlənə bilir: * trombositlərin miqdarının …

Яндекс.Метрика

Designed by F.Aliyev