Qaynar Məqalələr

Bütün qızlar saqqallı oğlanlardan xoşlanır?

saqalli

Bütün qızlar saqqallı oğlanlardan xoşlanır?
Oğlanların üzünə saqqal çıxmamasının səbəbi nədir?
Bunun bir-neçə səbəbi ola bilər. Amma ən başda birinci səbəb testosteron hormonunun çatışmazlığıdır. Testosteron kişi cinsiyyət hormonu sayılır. Kişilərdə spermanın əmələ gəlməsində, saqqalın çıxmasında, səsin kişi səsi kimi qalınlaşmasında, sümüklərin sərtləşməsində rol oynayan bir hormondor. Bir sözlə testosteron hormonu oğlan uşağının kişi kimi formalaşmasında rol oynayan əsas səbəbdir. Normal halda testosteron yetkinlik yaşına çatmış oğlanlarda artmağa başlayır ki, bu da oğlanın normal sağlam olması ilə əlaqədardır. Testosteron normadan az olduqda və ya olmadıqda öğlanlarda sümüklər zəif inkişaf edir, kökəlməyə meyillilik yaranır, səs qalınlaşmır. Belə oğlanların üzünə tük çıxmır və az çıxır.
Belə vəziyyətdə mütləq endokrinoloqa müraciət etmək lazımdır. Endokrinoloqun məsləhəti olmadan heç bir dərman preparatı qəbul etmək olmaz, hətta bu təhlükəli sayıla bilər. Saqqalın çıxmasına görə 18 yaşında həkimə müraciət etmək gecdir. Valideyin 15-16 yaşlarından övladlarına qarşı diqqətlə yanaşmalı və həkimə müraciət etməlidir.
Əslində saqqalın çıxması milliyətdən də çox asılıdır. Məsələn, Qafqaz xalqlarında oğlanların üzünə 15-16 yaşlarından saqqal çıxmasına baxmayaraq, çinlilərdə bu yaş 30-a yaxındır.
Üzə saqqal çıxsın deyə ülgüclə üzünü vaxtından əvvəl qırxan oğlan uşaqlarına da tez-tez rast gəlmək olur. Bu heç də arzuolunan hal deyil. Saqqalın tez çıxması üçün hər üsula əl atan oğlanlara bir məsləhət vermək istəyirəm. “Bütün qızlar saqqallı oğlanlardan xoşlanır” ifadəsinə inanmayın. Saqqalsız da xoşbəxt olmaq mümkündür.

immunitet.az

loading...

Məsləhət Görürük

ciyelek

Bu meyvələr seks hormonlarının sayını yüksəldir

Bu meyvələr seks hormonlarının sayını yüksəldir Keçibuynuzu Az sayda və zəif olan spermalara güclü təsiredici …

Яндекс.Метрика

Designed by F.Aliyev