Qaynar Məqalələr

Vegener qranulamatozu

vegener

Vegener qranulamatozu
Vegener qranulamatozu sistem vaskulitlərin müxtəlifliyini göstərən xəstəliklərə aiddir. Vegener qranulamatozu həm kişi, həm də qadınlar arasında, ən çox 35-40 yaşlarında rast gəlinir.
Səbəbləri:
Səbəbləri indiyə qədər məlum deyil. 2 faktor xəstəliyin əmələ gəlməsində mühüm rol oynayır:
– Virus infeksiyası
– Autoimmun reaksiya ( xəstələrin qanında allergen, antitellər aşkar edilir)
Simptomları:
Əmələ gəlmə patologiyasından asılı olaraq 3 forması ayırd edilir:
– lokal – ancaq bronxlar zədələnır
– məhdud – bronxlar və ağciyərlər zədələnir
– yayılmış – bronxlar, ağciyərlər, böyrəklər zədələnir. Bu forma daha ağır keçir. Xəstəlik tənəffüs yollarının zədələnməsi ilə keçir. Əvvəlcə burunda quruluq, tutqunluq, burun qanaxmaları qeyd olunur. Sonra proses aşağıya düşür, səs tutulur, boğazda quruluq, öskürək, bəzən qanlı bəlgəmli olur. Temperatur qalxır, bəzən irinli otit baş verir ki, bu zaman xəstənin vəziyyəti pişləşir, antibiotiklər kömək etmir. Bəzi xəstələrdə oynaqlarda ağrı müşahidə olunur, artritlər inkişaf edir. Ən çox diz və aşıq-baldır oynaqları zədələnır, bəzən ürəkdə də ağrı qeyd olunur. Bu xəstəlik ürək qüsuruna və miokard infarktına gətirib çıxara bilər.

Siz nə edə bilərsiniz:
Əgər bu xəstəlik kəskin başlayırsa, bütün simptomlar 1-2 ay müddətinə artır. Adekvat müalicə aparılmasa 4-5 ayda xəstə tələf olur. Müalicə aparıldıqda xəstəlik tədricən 6 ay, daha çox müddətə davam edir. Müalicə vaxtında başladıqda effektif olur.

Həkim nə edə bilər:
Həkim müvafiq müayinə apararaq xəstəni müalicə edir. Əvvəlcə xəstə stasionara yerləşdirilir, xəstələrə böyük dozalarda dərmanlar təyin olunur, sonra doza azaldılır. Əgər dərman terapiyası kömək etmirsə plazmafarez və hemasorbsiya aparılır.
Proqnozu:
Müalicə vaxtında aparılmasa proqnozu pisdir. Vaxtında müalicə alındıqda xəstə 5 ildən çox yaşaya bilər.

immunitet.az

loading...

Məsləhət Görürük

dodaq

Dodaq uçuğunda olan böyük təhlükə

Dodaq uçuğunda olan böyük təhlükə. Dodağınıza çıxan uçuqlamalar fikirləşdiyin qədər yüngül bir şey deyil. O …

Яндекс.Метрика

Designed by F.Aliyev