Nənələrimiz nə deyib? Ağ və qırmızı turp

turp

Nənələrimiz nə deyib? Ağ və qırmızı turp.
Qırmızı turp təbabətdə dərman vasitəsi kimi istifadə edilir. Soyuqdəymədə, boğaz ağrısında, dilin iflicində qırmızı turpun faydası böyükdür. Dilin iflici zamanı qırmızı turpu çoxlu çeynəmək lazımdır.
Qanazlığı zamanı qırmızı turp, çuğundur və yerkökü ilə birlikdə şirəsini çəkilir, vam odda duxovkada 3 saat saxlandıqdan sonra ağzı bağlı halda soyudulur. Gündə 3 dəfə yeməkdən əvvəl 1 xörək qaşığı içilir. Bu qanazlığının ən yaxşı müalicə üsuludur. Müalicəni 2-3 ay aparmaq lazımdır.
Xalq arasında qırmızı turpun suyu öd kisəsində daşlar olduqda əsas müalicəyə kömək məqsədilə gündə 2-3 qaşıq içilir. Öd kisəsi və böyrək daşlarının parçalanıb tökülməsi üçün qırmızı turpun suyu eyni nisbətdə balla qarışdırılıb gundə 1 stəkan içilir.
Ağ turpun şirəsini bal və ya şəkər tozu ilə qarışdırıb içəndə öskürəyi kəsir. Bu qarışım gündə 3-4 dəfə, 1-2 qaşıq içilməlidir.

immunitet.az

loading...

Məsləhət Görürük

123210-1

Pərpərən (semizotu) bitkisinin faydaları

Pərpərən (semizotu) bitkisinin faydaları. Pərpərən bitkisi vitamin və minerallarla çox zəngindir. Onun tərkibində olan dəmir, …

Яндекс.Метрика

Designed by F.Aliyev