Nənələr nə deyib? Bağayarpağı

bağa

Nənələr nə deyib? Bağayarpağı.
Bağayarpağı Azərbaycanda geniş yayılmış birillik və çoxillik bitki cinsidir. Ona yollarda, cığırlarda, çayların kənarında rast gəlmək olur. Bu bitkinin tumunun tərkibində olan selikdən mədə xəstəliklərində istifadə edilir. Bundan başqa bağayarpağının tərkibində karotin, C, K vitaminləri, limon turşusu, fermentlər və sairə vardır.
Bağayarpağının bir neçə növü vardır. Amma dərman vasitəsi kimi təbabətdə onun iynəyarpaqlı növündən istifadə edilir. Təbabətdə istifadə olnması üçün bağayarpağının toxum və yarpaqları ayrı-ayrı yığılır.
Bağayarpağı şirəsi mədə və bağırsaq yaralarının sağalmasında əvəzolunmaz dərman vasitəsidir.
Bağayarpaqlarının toxumları qəbizlik zamanı işlətmə dərmanı kimi istifadə edilir.
Bağayarpağının yarpaqlarının dəmləməsi kolitin, enteritin müalicəsində yaxşı təsirə malikdir.
Dəridə əmələ gələn yaraların sağalmasında, çibanın müalicəsində, irinli xoralar zamanı bağayarpağı əzməsini qoyub bağlamaq yaraların tez sağalmasına kömək edir.
Bağayarpağı dəmləməsindən bronxitlərin müalicəsində də istifadə edilir.
Əzilmiş yarpaqları sağalmayan yaraların üzərinə qoyularsa yaralar tez sağalır.
Bağayarpağı şirəsindən həkimlər qastritlərdə, kəskin və xroniki enterekolitlərdə və kolitlərdə yeməkdən 20 dəqiqə əvvəl gündə 3 dəfə içmək lazımdır. Müalicə məqsədi ilə 1 çay qaşığı bağayarpağı şirəsi 2 xörək qaşığı su ilə qatılıb içilir.
Çibanın, karbonkulun müalicəsində bağayarpağının təzə əzilmiş kütləsi duz, çörəyin içi və keçi piyi ilə qarışdırılıb yaranın üzərinə qoyulur.

immunitet.az

loading...

Məsləhət Görürük

123210-1

Pərpərən (semizotu) bitkisinin faydaları

Pərpərən (semizotu) bitkisinin faydaları. Pərpərən bitkisi vitamin və minerallarla çox zəngindir. Onun tərkibində olan dəmir, …

Яндекс.Метрика

Designed by F.Aliyev