Qaynar Məqalələr

Ürəkdə qüsur – Əlamətlər nəyi bildirir?

qüsur

Ürəkdə qüsur – Əlamətlər nəyi bildirir?
Təngnəfəslik – xəstəliyin ilk, erkən simptomlarından biridir. O, kiçik qan dövranında qan durğunluğu və ağciyər hipertenziyası ilə əlaqədar olur. Əvvəl təngnəfəslik fiziki və emosonal yüklənmə zamanı meydana çıxır, sonralar isə sakitlik vaxtı da müşayiət olunur. Bəzi xəstələrdə təngnəfəslik uzanmış vəziyyətdə artır, oturaq vəziyyətdə isə azalır. Bu hallarda xəstələrdə uzanan zaman quru öskürək meydana çıxır.
Boğulma tutmaları – mitral stenozu olan xəstələrin ağciyərlərində qan durğunluğunun olması və intersistal ağciyər ödəminin yaranmasını göstərir. Ürək astması (paroksizmal gecə boğulması) gecələr uzanan vəziyyətdə baş verir, oturaq vəziyyətdə itir.
Qanhayxırma – mitral stenozun vacib əlamətlərindən biridir və ağciyər – bronxial anastomozların qırılması, ağciyər arteriyasının şaxələrinin tromboemboliyası və ağciyər infarktı ilə əlaqədardır.
Halsızlıq, əzələ zəifliyi – mitral stenozun xarakterik və erkən klinik əlamətləri olub, fiziki iş zamanı meydana çıxır.
Ürəkdöyünmə – mitral stenozun çox təsadüf olunan əlamətlərindən biridir, ürəyin ritm pozğunluqları ilə əlaqədqrdır.
Ürək nahiyəsində ağrı – az sayda xəstələrdə rast gəlinir. Kəskin ağciyər hipertenziyası ilə əlaqədardır. Ağrılar stenokardiya tipli olmur, küt və davamlı olur və fiziki işdən sonra artmır.

immunitet.az

loading...

Məsləhət Görürük

soyuq-hava

Soyuq havanın ürəyə zərərləri

  Soyuq havanın ürəyə zərərləri. Mütəxəssislər soyuq havanın koronar damar xəstəliklərindən və yüksək təzyiqdən əziyyət …

Яндекс.Метрика

Designed by F.Aliyev