Qaynar Məqalələr

Təcili kontrasepsiya – hamilə qalmamaq üçün vasitə

tecili

Təcili kontrasepsiya – hamilə qalmamaq üçün vasitə
Bu üsul qorunmamış cinsi əlaqədən sonra arzuolunmaz hamiləliyin qarşısını almaq məqsədilə ilk 72-120 saat ərzində istifadə olunur. Təcili kotrasepsiya məqsədilə aşağıdakı vasitələr istifadə olunur:
– progestinlər qrupundan olan levonorgestrel tərkibli xüsusi təcili kontrasepsiya həbləri – postinor və eskarel
– kombinəedilmiş oral kontraseptivlər
– yanlız progestin tərkibli mini-həblər
– mis spirallar.
Təsir mexanizmi ovulyasiyanın və sarı cismin funksiyasının tormozlanmasından, spermatozoidlərin miqrasiyasının pozulmasından və implantasiyanın qarşısını alan endometriumun dəyişikliklərindən ibarətdir. Bu həblərin istifadəsi zamanı hormonal yük yüksək olduğundan bu üsul müntəzəm istifadə olunmamalıdır. Bu üsul aşağıdakı hallarda istifadə edilir:
* zorlama hallarında
* kontraseptiv üsul düzgün istifadə edilmədikdə.
Bu vasitələrdən istifadə arzuolunmaz hamiləliyin qarşısını almaq üçündür.
Kontraseptivlərin istifadəsi həkimin məsləhəti və nəzarəti altında həyata keçirilməlidir.

immunitet.az

loading...

Məsləhət Görürük

usaqliq

Uşaqlıq və uşaqlıq yolunun düşməsi

Uşaqlıq və uşaqlıq yolunun düşməsi. Bu patologiyanın əmələ gəlməsinə ön qarın divarının əzələlərinin quruluş və …

Яндекс.Метрика

Designed by F.Aliyev