Qaynar Məqalələr

Ət bişirməyin sirləri

et

Ət bişirməyin sirləri
1. Əti qızardacaqsınızsa onu yuyandan sonra qurudun, yoxsa qızardarkən kəf qoyar.
2. Ət soyuq su ilə yuyulmalıdır, amma suda çox saxlamaq olmaz.
3. Əti bişirərkən bulyonun dadlı olmasını istəyirsinizsə soyuq suya, ətin özünün dadlı olmasını istəyirsinizsə isti suya salıb bişirin.
4. Ət nə qədər vam xodda bişərsə, bir o qədər dadlı olar.
5. Ət bişən zaman qazana yerkökü salınarsa, ətin spesifik qoxusu itər.
6. Təmizlənmiş və üstünə limon şirəsi çəkilmiş ət gec xarab olur.
7. Ət, kotlet qaynar yağın üstünə qoyulub qızardılarsa kəf qoymaz.
8. Bişmiş ət soyuducuda qurumasın deyə onu perqament kağıza və ya folqaya bükmək lazımdır.
9. Əgər kotletinizin yumşaq olmasını istəyirsinizsə, ona qatılacaq çörəyi süddə isladın və sıxmadan ətə qatın.
10. Əti duxovkada bişirərkən vam xodda bişirin. Yoxsa ətin üstü yanar, içi isə bişməz.
11. Duxovkada bişiriləcək ətin üstünə su çəkib limon şirəsi sürtüldükdə, ət daha dadlı olur.
12. Balığın donunu açmaq üçün onu suya qoymaq və suyu bir-neçə dəfə dəyişmək lazımdır. Suya 1 xörək qaşığı duz salınarsa, bişərkən balıq dadlı olar.
13. Quş ətinin tez bişməsi üçün onun içərisinə və çölünə limon şirəsi sürtmək lazımdır.

immunitet.az

 

loading...

Məsləhət Görürük

zeka

Zəkanı və yaddaşı artırmağın 15 yolu

Zəkanı və yaddaşı artırmağın 15 yolu. Alimlərin hesablamalarına görə insan beyninin ən yaxşı işlədiyi yaş …

Яндекс.Метрика

Designed by F.Aliyev