Böyrəkköçürmə

boy

Böyrəkköçürmə
Xroniki böyrək çatışmazlığının müalicə üsullarından biri də diri donordan və ya meyitdən böyrəyin köçürülməsidir. Amma böyrəkköçürmədən sonra həyatın keyfiyyəti və reablitasiya dərəcəsi periton dializi və hemodializ alan xəstələrə nisbətən daha yüksəkdir. Böyrəkköçürmədən sonra 79% xəstələr praktiki normal həyat yaşayırlar, halbuki bu göstərici ambulator periton dializi alan xəstələr üçün 47%, proqram hemodializi alan adamlarda 59% təşkil edir. Böyrəkköçürmə əməliyyatı aşağıdakı xəstəliklər zamanı məsləhət görülür:
– xroniki qlomerulpnefrit
– hipertonik nefroangioskleroz
– böyrək polikistozu
– diabetik nefropatiya.
Transplant böyrək 1/3 halda diri donordan, qalan hallarda meyitdən götürülür. Meyit böyrəyi donoru əvvəlki dövrdə sağlam olmuş şəxs olmalı, qəza nəticəsində baş beynin geriqayıtmaz zədələnməsini almış insanlar olur. Bütün onkoloji xəstələr, baş beynin ilkin şişlərindən başqa donor kimi işə yaramırlar. Müalicə olunmamış bakterial, göbələk, virus infeksiyaları da donorluğa əks göstərişdir. Uzun müddətli hipertoniya və ürəyin dayanması nəticəsində işemiya orqanı transplantasiya üçün yararsız edir. Anamnezində uzun müddətli şəkərli diabet, ürək-damar xəstəlikləri olan xəstələr donor olmaq istədikdə hərtərəfli yoxlanılmalıdırlar.
Diri donordan böyrəkköçürmə daha üstünlüklərə malikdir. Transplantasiyadan 1 il sonra diri donordan götürülmüş transplantın yaşaması, meyit donora nisbətən 10-15% yaxşı nəticə verir.
Donor adətən 16 – 65 yaşlarında, sağlam olmalıdır. Arterial təzyiq, şəkərli diabet, ürək-damar xəstəlikləri olan adamlar donorların siyahısına salınmırlar.

immunitet.az

loading...

Məsləhət Görürük

boyrek

Sidik ifrazının pozulmaları

Sidik ifrazının pozulmaları Sidik ifrazının pozulması gündəlik sidiyin miqdarının dəyişilməsi yaxud onun ifraz olunma ritminin …

Яндекс.Метрика

Designed by F.Aliyev