Qaynar Məqalələr

Qadınların dərdi – Yağlı dəri

yag

Qadınların dərdi – Yağlı dəri.
Dərinin yağlı olmasının səbəbi dəridə olan piy vəzilərinin normal funksiyasının, daxili sekresiya vəzilərinin, mədə-bağırsaq sisteminin normal işləməməsidir.
Yağlı dərini yaxşı təmizləmək lazımdır, lakin onu tez-tez isti su və sabunla yumaq olmaz. Çünki isti su və sabunla yuyulmuş dəridə piy vəzilərinin fəaliyyəti faha çox artmış olur. Yağlı dərini həftədə 1-2 dəfə yumaq lazımdır. Çimən zaman isə üzə tez-tez soyuq su vurmaq lazımdır. Soyuq su dərinin tonusunu artırır, məsamələri yığır və dərinin yağlılığını azaldır. Yağlı dəriyə sahib olan adamlar hər axşam yatmazdan əvvəl üzlərini mütləq losyonla silməlidirlər.
Belə adamlar çoxlu meyvə-tərəvəz, ağartı məhsulları yeməli, ədviyyatlı və heyvani yağlar olan qidalardan uzaq durmalıdırlar. Onlar tünd dadı olan təamlardan uzaq durmalı və polivitaminlər qəbul eləməlidirlər.
Yağlı dəri üçün bir-neçə maska:
1. Yağlı dərilərə yumurta ağından, heyvadan, göl süngəri bitkisindən hazırlanmış maskalar daha yaxşı təsir göstərir.
2. Yerkökü sürtkəcdən keçirilir, üzərinə buğda kəpəyi tökülüb qarışdırılır. Üzə sürtülür və 30 dəqiqə sonra soyuq su ilə yuyulur.
3. Tənzif pomidor şirəsində isladılır, üzə qoyulur.
4. Qaragilə əzilir, nişasta ilə qarışdırılıb üzə sürtülür.
5. Unun kəpəyi qıcqırmış qatıqla qarışdırılır və üzə sürtülür.
6. 20 qram maya 3%-li hidrogen peroksid məhlulu, kefir və ya su xama halına çatanadək qarışdırılır, qalın qat üzə çəkilir. Maska quruyandan sonra ilıq su ilə yuyulur.
Maska qoymamışdan əvvəl üz və boyun nahiyəsini soyuq su ilə yumaq lazımdır. Maska qoyulduqdan sonra mütləq uzanmaq lazımdır. Bu zaman üz qırışdırmaq, qaş-qabaq sallamaq, yemək, danışmaq olmaz. Bədənin və üzün bütün əzələləri boşalmış olmalıdır.
Yağlı dərisi olan adamlar həftədə 2-3 dəfə üzlərinə turşumuş süd, təzə xiyar dilimi sürtsələr yaxşı olar.

immunitet.az

loading...

Məsləhət Görürük

qis

Orqanizmi qışa necə hazırlamalı

Orqanizmi qışa necə hazırlamalı. İsti yay fəsli öz yerini sərin və küləkli payıza verdikcə havalar …

Яндекс.Метрика

Designed by F.Aliyev