Qaynar Məqalələr

1001 dərdin 1 dərmanı

zire

1001 dərdin 1 dərmanı
Baş ağrısı zamanı 1 xörək qaşığı üyüdülmüş cirə və 1 xörək qaşığı üyüdülmüş mixək qarışdırılaraq, yeməkdən öncə 1 çay qaşığı qəbul edilir.
Revmatizm zamanı az miqdarda qara zirə zeytun yağı ilı qarışdırılaraq bir qədər qızdırılır, dizlərə və dirsəklərə çəkilir.
Üzdə dəri xəstəlikləri olduğu zaman gündə 2 – 3 dəfə yarım çay qaşığı qara zirə yağı içmək lazımdır.
Baş gicəllənməsi zamanı çaya qara zirə yağı qatıb içmək lazımdır.
Qulaq ağrısı zamanı qulağa 2 damcı qara zirə yağı damızdırmaq lazımdır.
Dəri xəstəlikləri zamanı bir miqdar qara zirə yağı ilə qızılgül yağı qarışdırılır və dəriyə sürtülür.
Yüksək təzyiq zamanı qara zirə yağını isti çay və ya süd ilə qarışdırılıb içilir.
Nəfəs daralmasında 1 xörək qaşığı qara zirə yağını qaynar suya töküb, dərindən nəfəs alaraq iyləmək lazımdır.
Göz ağrısı zamanı qara zirə yağı səhər və axşam 1 damcı gözə damızdırılır.
Xora xəstəliyində 1 stəkan bala 10 damcı qara zirə yağı qatılır. Hər gün səhərlər ac qarına 1 qaşıq içilir. Sonra 1 stəkan isti süd içilir və bu prosedur 2 ay davam etdirilir.
Xərçəng xəstəliyi zamanı gündə 3 dəfə 1 çay qaşığı qara zirə yağı, ardından 1 stəkan yerkökü şirəsi içilir. Bu prosedur 3 ay davam etdirilir. Xərçəng xəstəliyinin müalicəsində qara zirə yağı əzilmiş sarımsaqla da qatılıb yeyilir.
Yaddaşın yaxşılaşdırılması zamaı 7 damcı qara zirə yağı 1 stəkan suda qaynayan nanəyə damızdırılır, içərisinə 1 çay qaşığı bal qatılıb içilir.
Astma xəstəliyi zamanı xəstənin sinəsini zeytun yağı ilə qara zirə yağının qarışımı ilə ovmaq lazımdır. Qarışım isti olmalıdır.
Şəkər xəstəliyi zamanı 1 stəkan qara zirə toxumu, 1 stəkan vəzəri toxumu və yarım stəkan doğranmış nar qabığı qarışdırılıb toz halına gətirilir. 1 ay ərzində səhər yeməyindən qabaq bu tozun yarım qaşığını 1 çay qaşığı qara zirə yağı ilə qarışdırılıb içilir.
Diareya zamanı 1  çay qaşığı qara zirə yağını 1 fincan qatıq ilə qarışdırıb, gündə 2 dəfə, hər dəfə 3 gün qəbul etmək lazımdır.
Əzələ ağrıları zamanı acqarına 5 diş sarımsaq yeyin. Bundan 1 saat sonra dəmlənmiş 1 stəkan darçın çayına 5 damcı qara zirə yağı damızdırıb qəbul etmək lazımdır. Zeyun yağı qarışdırılmış qara zirə yağını ağrıyan yerə tez-tez çəkmək lazımdır.
Yuxusuzluq zamanı 1 çay qaşığı qara zirə yağını balla və çayla qarışdırıb şam yeməyindən əvvəl qəbul etmək lazımdır.
Bağırsaqlarda qaz olduğu zaman döyülmüş qara zirə, şüyüd toxumu və istiotlu nanə toxumu ilə qarışdırıb üyüdülür. Qarışıma 4-7 damcı qara zirə yağı damızdırılıb balla şirinləşdirilərək qəbul edilir.

immunitet.az

loading...

Məsləhət Görürük

004

Şüyüd və xəstəliklər

Şüyüd və xəstəliklər. Mədə və bağırsaq xəstəlikləri zamanı şüyüd ağrıkəsici, spazmolitik, qazçıxarıcı, həzmi yaxşılaşdıran və …

Яндекс.Метрика

Designed by F.Aliyev