Şəkər xəstərəri və depressiya

13432279_247986925574456_8276879677738242139_n
Aparılan araşdırmalar şəkərli diabeti olan xəstələrdə depressiya olması faktının digər adamlardan 2 dəfə artıq olduğunu göstərir. Şəkərli diabet xəstəliyi olan adamlar xəstəliklərinin sağalmaz olduğunu bildikləri üçün depressiyaya meyilli olurlar. Xüsusilə də belə xəstələrin mərkəzi sinir sistemində, gözlərində, böyrəklərində, ürək damar sistemində patoloji dəyişikliklər olduğu üçün depressiya riski 2 qat artıq olur. Depressiya xəstələrin hormonal sistemində baş verən dəyişikliklər stress hormonlarının artmasına səbəb olduğu üçün şəkərli diabet xəstələrinin çəkisi də artır. Depressiyada olan xəstələrin əmək qabiliyyəti aşağı düşdüyü üçün onlar az hərəkətli olurlar. Bu səbəbdən də çəkiləri daha da artmağa meyilli olur.
Orqanizmində baş verən patoloji dəyişikliklər, artıq çəki şəkərli diabet xəstələrində depressiyanın daha da dərinləşməsinə səbəb olur. Bütün bu problemlərlə yanaşı qanda şəkərin miqdarını nəzarət altında saxlamaq çətin olur. Buna görə də şəkərli diabet xəstələrinin fiziki və ruhi xəstəliklərinin aradan qalxmasına ətrafdakılarında kömək etmələri vacibdir.

immunitet.az

loading...

Məsləhət Görürük

hormonlar

Hormonlar haqqında məlumat

Hormonlar haqqında məlumat. Hormonlar daxili sekresiya vəzilərində sintez edilərək, qan vasitəsilə orqanizmin müxtəlif toxumalarına yayılan, …

Яндекс.Метрика

Designed by F.Aliyev