Qaynar Məqalələr

İtigo to kivi (yapon mətbəxi)

13434823_246127572427058_7553205174881972646_n
Lazım olan ərzaqlar:
Yağ – 100qr
Şəkər kirşanı – 70qr
Yumurta – 1 ədəd(sarısı)
Un – 200qr
Limonlu krem üçün:
Yumurta – 3 ədəd
Şəkər tozu – 90qr
Un – 60 qr
Süd (isti halda) – 400qr
Limon şirəsi – 1 xörək qaşığı
Likör – 1 xörək qaşığı
Jele üçün:
Jelatin – 1 çay qaşığı
Şəkər tozu – 1çay qaşığı
Bəzək üçün:
Təmizlənmiş kivi – 3 ədəd
Çiyələk – bir neçə ədəd
Nanə – bir neçə yarpaq
Hazırlanma qaydası:
Yağ şəkər tozu ilə ağarana qədər qarışdırılır, yumurtanın sarısı əlavə edilərək, yaxşıca çalınır. Un tökülür və taxta qaşıqla yenidən qarışdırılır. Xəmir xırda-xırda kündələnib 15 dəqiqə soyuducuda saxlanılır. Soba 200 C qızdırılır. Kündələr nazik yayılaraq kənarları azca bükülür və nəlbəki formasına salınır. Xəmir çəngəllə bir neçə yerdən deşilir ki, bişərkən ortası şişməsin. Əvvəlcə gur odda 10 dəqiqə bişirilir, daha sonra ocağın istisi azadılır və daha 7-8 dəqiqə bişirilir. Xəmirlər sobadan çıxarılıb soyudulur.
Kremin hazırlanma qaydası:

Yumurta sarılarına şəkər tozu töküb yaxşı-yaxşı çalınır və üzərinə un əlavə edilərək bircins kütlə alınana qədər qarışdırılır. 100 qr süd əlavə edilib yaxşıca qarışdırılır, sonra südün qalan hissəsi də əlavə edilərək yenidən qarışdırılır və həmin kütlə sürtgəcdən keçirilir. Alınan kütlə vam oda qoyulub dayanmadan taxta qaşıqla qarışdırılır ki, dibi yanmasın. Qaynamağa başlayanda odun üstündən götürülür. Limon şirəsi, likör əlavə edib qarışdırılır və krem soyudulur. Nəlbəki formasında bişirilən xəmirlərin ortasına krem qoyulur və üstü kivi dilimləri, nanə yarpaqları və çiyələklə bəzədilir. Meyvələrin üzərinə jelatin və şəkər tozundan hazırlanan jele çəkilir. Desert hazırdır.

immunitet.az

loading...

Məsləhət Görürük

1234

Kremli peçenyalı biskvit

Kremli peçenyalı biskvit Lazım olanlar: * 2 paket kakaolu peçenye * 1 paket krem şanti …

Яндекс.Метрика

Designed by F.Aliyev