Qaynar Məqalələr

Infeksion endokardit

13434823_246127572427058_7553205174881972646_n

İnfeksion endokardit, infeksion polipoz – yaralı iltihabi xəstəlik olub, qapaqlarda və qapaqaltı quruluşlarda vegetasiyaların əmələ gəlməsi, onların destruksiyası, funksiyalarının pozulması və qapaq çatışmazlığı ilə müşaiyət olunan xəstəlikdir. İnfeksion endokardit zamanı, müxtəlif üzv və sistemlərin zədələnmələri də baş verir. Narkomaniyanın geniş yayılması, əhalinin sosial vəziyyətinin qənaətbəxş olması xəstəliyin aktual qalmasına səbəb olur.
Xəstəliyin əmələ gəlməsində streptokokklar, stafilokklar, yaşıl – göy irin çöpləri, bağırsaq çöpləri, patogen göbələklər iştirak edir. İnfeksiyanın orqanizmə hardan düşməyini təyin etmək mümkün olmur. Buna görə də etiologiya həmişə naməlum qalır.
Xəstəliyin baş verməsində aşağıdakı infeksiya ocaqlarının rolu böyükdür:
1) Tonzillit, haymorit, kariesli dişlər, otit, osteomielit, frunkulyoz, proktit.
2) Qarın boşluğu üzvlərində, sidik-cinsiyyət üzvlərində, ürək-damar da aparılan hər hansı cərrahi müdaxilə.
3) Daxili üzvlərdə invaziv müayinələr, o cümlədən sidik kisəsinin kateterizasiyası, bronxoskopiya, kolonoskopiya, ağız boşluğunda hər hansı manipulyasiya.
4) Parenteral inyeksiyalar zamanı sterilliyə riayət olunmadıqda ( xüsusən narkomaniyada).
İnfeksion endokardit anadangəlmə və qazanılma olur.
Klinik əlamətlər infeksiyanın orqanizmdə daxil olmasından 2 – 4 həftə sonra üzə çıxır. Xəstəliyin ən çox nəzərə çarpan əlaməti qızdırmadır. Qızdırma bəzən yüksək, bəzən isə subfebril olur. Xəstənin dərisinin rəngi avazıyır. Xarakterik südlü-qəhvə rəngini alır. Uzun müddət davam edən xəstələrdə barmaqlar baraban çubuğu formasını alır. Xəstəlik özünü ürəkdə deyil, həmçinin ağciyərdə, beyində, damarlarda göstərir.
Diaqnozun qoyulmasında EKQ, qanın biokimyəvi analizi, sidiyin ümumi analizi və anamnez boyük əhəmiyyət kəsb edir. Rəngli doppler müayinəsi də diaqnozun qoyulmasında əhmiyyətlidir.
Müalicəsi:
Etiotrop müalicə aparılır. İnfeksiya-bakteriyanın növü aşkar olunaraq ona müvafiq müalicə taktikası seçilir. Göbələk mənşəli proseslərdə antifunqal terapiya tətbiq olunur.

immunitet.az

loading...

Məsləhət Görürük

kann

Qanın laxtalanma qabiliyyətinin artması

Qanın laxtalanma qabiliyyətinin artması Qanın laxtalanması aşağıdakı amillərin təsiri nəticəsində sürətlənə bilir: * trombositlərin miqdarının …

Яндекс.Метрика

Designed by F.Aliyev