Gizli sifilis

sif

Gizli sifilis
Gizli sifilis xroniki gedişə malik olan xəstəlikdir. Bu zaman seroloji reskaiyaların müsbət olmasına baxmayaraq sifilisin kliniki əlamətlərinə rast gəlinmir. Bu cür sifilisi uzun illər davam edə bilir. Müalicə olunmamış bəzi xəstələrdə, infeksiyalaşmadan 10-20 il sonra sifilisin gec formaları (neyrosifilis və visserosifilis) inkişaf edir.
Neyrosifilisin klinik olaraq aşağıdakı formaları ayırd edilir:
– mərkəzi sinir sisteminin sifilisi
– periferik sinir sisteminin sifilisi
– sifilisdə funksional sinir və psixi təzahürlər.
Visserosifilis zamanı daha çox funksional yüklənən daxili orqanlar zədələnir. Bu orqanlara qaraciyər, ağciyər, mədə, ürək və s. aiddir. Bəzi xəstələrdə bu cür sifilis yoluxmadan xeyli sonra təsadüfən seroloji reaksiyaların müsbət olması əsasında aşkar olunur. Bu cür sifilisdə seroloji reaksiyalar əsasında müəyyən edilmişdir ki, ərlə arvadın birində gizli sifilis olduğuna baxmayaraq digəri və uşaqları sağlam olur. Alimlərin fikrincə xəstənin bədənində və ətraflarında razeola və quru düyüncüklər varsa və yoluxma baş vermirsə bu treponemlərin mikrobioloji xüsusiyyəti, dəri örtüyünün selikli tamlığının pozulmaması orqanizmin immun qabiliyyətinin qənaətbəxş olması ilə izah olunur. Belə ki, solğun treponemlər anaerobdurlar, onlar zədələnmə ocaqlarında hüceyrələrin üzərində deyil, içərisində yaşayırlar.

immunitet.az

loading...

Məsləhət Görürük

salmo

Salmonella xəstəlikləri

Salmonella xəstəlikləri Tibbə salmonellaların bir çox növü məlumdur. Onlar bağırsaq infeksiyalarından tutmuş, tif xəstəliyinə qədər …

Яндекс.Метрика

Designed by F.Aliyev