Qaynar Məqalələr

Astenopiya

aste

Astenopiya
Astenopiya – yaxın məsafədə olan əşyalara uzun müddət baxdıqda gözlərin yorğunluğu deməkdir. Bu vəziyyət görmənin itiliyinin pozulması, gözyaşarması, göz altında gərginliyin olması ilə təzahür olur.
Səbəbləri:
Görmə analizatorunun işi işıq qəbul edən və gözün hərəki aparatının işindən asılıdır. Astenopiya xoşagəlməz faktorlar hər iki aparata təsir etdikdə inkişaf edir. Bu vəziyyət ən çox otaq yaxşı işıqlandırılmadıqda, görmə işi ilə məşğul olduqda, bədən düzgün yerləşmədikdə baş verir.

Klinikası:
Astenopiyanın simptomları subyektiv əlamətlərlə – yaxın məsafədə kitab oxuyarkən, əşyalara yaxından baxarkən baş verir ki, bu zaman görmə dumanlanır, həriflər və sətirlər yayılır, gözlərdə kəskin ağrı hiss olunur, ağrı qaşların ustündə, gicgahlarda qeyd olunur.
Astenopiyanın akkomadativ, əzələ, neyrogen, simptomatik, qarışıq və digər növləri ayırd edilir. Ən çox akkomadativ astenopiya rast gəlinir. Astiqmatizmi, uzaqörən insanlarda, miopiyası olanlarda daha çox müşahidə olunur. Akkomadatıv astenopiya kirpik əzələnın zəifləməsi və parezi nəticəsində də baş verir. Bu zaman orqanizmdə ümumi yorğunluq, sinir gərginliyi, zəiflik qeyd olunur
Nevrogen astenopiya ümumi nevrasteniya və isteriya nəticəsində təzahür olur.
Müalicəsi:
Müalicəsi oftalmoloq tərəfindən eynəklər vasitəsilə refraksiya anomaliyalarını korreksiya etməklə aparılır. Bundan əlavə ümumi möhkəmləndırici müalicə, xüsusi linzalar və prizmalar vasitəsilə də müalicə aparılır.

immunitet.az

loading...

Məsləhət Görürük

gozlere qulluq

Gözlərə qulluq

Gözlərə qulluq Gözlərin həmişə sağlam olması üçün onları yorğunluqdan qorumaq lazımdır. Bunun üçün uzanmaq, gözlərin …

Яндекс.Метрика

Designed by F.Aliyev