Qaynar Məqalələr

Ağlı ifrazat

ağr

Ağlı ifrazat.
Cinsiyyət üzvlərindən gələn patoloji ifrazat ağlı ifrazat adlanır. Ağlı ifrazat ginekoloji xəstəliklərin simptomu olmaqla yanaşı, cinsiyyət sistemi ilə əlaqəsi olmayan patoloji proseslərin təzahürü də ola bilər. Ağlı ifrazat miqdarına görə az, orta, gur ola bilir. Ağlı ifrazat süd rəngində, sarımtıl, yaşıl, sarımtıl-yaşıl, bozumtul rənglərdə və konsentrasiyası müxtəlif cür olur. İfrazatın olması pasiyentin cinsi əlaqədə olması, partnyorunu dəyişməsi və provokasion amillər (ağırlıq qaldırma, defekasiya aktı, cinsi əlaqə) ilə əlaqədar olaraq müxtəlif cür olur.
Bunlarla yanaşı ağlı ifrazatın əmələ gəlməsində aşağıdakı hadisələrin də rolu böyükdür:
– ilk cinsi həyata başlamanın
– ilk hamiləliyin nə zaman baş verməsinin
– doğuşdan sonra ağırlaşmaların baş verməsinin
– süni abortların və onların ağırlaşmalarının
– özbaşına abortların.
Hər bir qadın özündə ağlı ifarazat görərsə ginekoloqa müraciət etməsi vacib sayılır. Çünki gec müdaxilə  başqa ağırlaşmalarla nəticələnə bilər.

immunitet.az

loading...

Məsləhət Görürük

usaqliq

Uşaqlıq və uşaqlıq yolunun düşməsi

Uşaqlıq və uşaqlıq yolunun düşməsi. Bu patologiyanın əmələ gəlməsinə ön qarın divarının əzələlərinin quruluş və …

Яндекс.Метрика

Designed by F.Aliyev