Qaynar Məqalələr

Bartolinit

0987

Bartolinit.
Bartolinit uşaqlıq yolunun dəhlizində yerləşən bartolin vəzinin iltihabıdır. Xəstəliyin törədicisi stafilokokk, streptokokk, qonokokk, bağırsaq çöpləri, bəzən isə trixamonozdur. Uşaqlıq yolu dəhlizinin böyük vəzisinin xaricə axan axacağının iltihabı nəticəsində kanalikulit, sonradan isə vəzin absesi inkişaf edir.
Bartolin vəzisinin absesi xəstənin aşağıdakı şikayətləri olur:
– zəiflik
– baş ağrısı
– bel ağrısı
– hərarət.
Yerli olaraq baxış zamanı isə hiperemiya, ödem və ağrının olması meydana çıxır. Bartolinit absesi yetişib öz-özunə açılandan sonra xəstənin vəziyyəti nisbətən yüngülləşir.
Müalicəsi:
Xəstəliyin müalicəsində törədicini nəzərə alaraq antibiotik təyin edilir. Kəskin fazada fizioterapiya (ultra yüksək tezlikli) istifadə edilir.
Yerli müalicə olaraq vəzin nahiyəsinə buz, iltihab əleyhinə olan applikasiya qoyulur. Bartolin vəzin absesində cərrahi müalicə aparılır. Abses kəsilir, irin xaric olunur, yaranın kənarları dəriyə tikilir. Əməliyyatdan sonra tikişlər antiseptik məhlullarla bir neçə gün yuyulmalıdır.

immunitet.az

loading...

Məsləhət Görürük

dodaq

Dodaq uçuğunda olan böyük təhlükə

Dodaq uçuğunda olan böyük təhlükə. Dodağınıza çıxan uçuqlamalar fikirləşdiyin qədər yüngül bir şey deyil. O …

Яндекс.Метрика

Designed by F.Aliyev