Ağciyərlərin aspergilloması

aöc

Ağciyərlərin aspergilloması.
Aspergilloma aspergilyozun özünəməxsus şişəbənzər forması olub, müxtəlif miqdar qranulyasion toxuma ilə epitellə örtülmüş boşluqların olması ilə xarakterizə olunur. Adətən boşluq bronxla birləşir, içərisində göbələkli kütlə olur. Hərəkət zamanı boşluq asanlıqla zədələnir ki, bu da aspergillomanın qanaxmasına gətirib çıxarır.
Aspergillomanın diaqnozu aşağıdakı əlamətlərə əsaslanır:
*təkrari qanhayxırmalar
*xəstəliyin xroniki dalğavari gedişi
*aspergillərdən olan spesifik antigenlə müsbət seroloji reaksiya
*bəlğəmdən, biopsiyadan təkrari olaraq eyni növ aspergillin alınması.
Diaqnostik kriterilər:
*residivləşən bronxial astma tutmaları
*paroksizmal bronxetktazlar
*aspergil antigeninə presipitasiya edən antitellərin tapılması
*spesifik antigenlə müsbət dəri sınaqları.
Bundan başqa xəstəliyin diaqnozunda bəlğəmin, bronxların yuyuntu suyunun, əsnəkdən seliyin müayinəsi diaqnostikada böyük əhəmiyyət kəsb edir.
Müalicəsi: Müəyyən edilmiş törədiciyə müvafiq antifunqal terapiya, ümumi immun sistemi artıran müalicə metodlarından istifadə edilir.

immunitet.az

loading...

Məsləhət Görürük

astma

Bronxial astmanın pilləli müalicəsi

Bronxial astmanın pilləli müalicəsi. Bronxial astmanın müalicəsi pilləli yanaşmaya əsaslanır. Bu yanaşmanın məqsədi daha az …

Яндекс.Метрика

Designed by F.Aliyev