Qaynar Məqalələr

Sidik necə əmələ gəlir?

sid

Sidik necə əmələ gəlir?
Böyrəklərin fəaliyyətinin son nəticəsi mürəkkəb bioloji maye olan sidiyin əmələ gəlməsidir. Onun tərkibi 150 üzvü və qeyri-üzvü kimyəvi maddələrdən ibarətdir. Sidiyin gündəlik miqdarının 500 ml azalması və ya 2000 ml artması patoloji hal sayılır. Sağlam şəxslər də gün ərzində 20 – 35 q karbamid, 0,5 – 1,4 q sidik turşusu, 1 – 2 q kreatin, 10 – 100 ml zülal, 8-18 q natrium xlorid, 5 q kalium, 100 – 300 mq kalsium, 60 – 120 mq maqnezium və s. xaric olunur.
Sidiyin əmələ gəlməsi çox mürəkkəb proses olub, bu məsələnin bütün tərəfləri axıra qədər açılmamış qalır.
Nəzəriyəyə görə sidiyin əmələ gəlməsi yumaqcıq filtirasiyasından başlayır. Əmələ gələn ilk sidik böyrək kanalcıqlarına keçərək onun bir hissəsi reabsorbsiyaya məruz qalır. Proksimal kanalcıqlarda suyun bir hissəsinin reabsorbsiyasından başqa qlükoza və zülal tam sorulur, natrium, kalium, sidik cövhgəri, xlor, fosfor ionları, aminturşular və başqa maddələr reabsorbsiya olunur.
Distal kanalcıqlarda da suyun və natriumun miqdarı bədənin tələbatına uyğun gəlir. İsti iqlim şəraitində və bədən çox tərlədikdə kanalcıqdakı su sorulur, natrium isə reabsorbsiya olunmur. Nəticədə sidiyin miqdarı azalır, amma tərkibindəki osmotik aktiv maddələrin konsentrasiya artmış olur.
Sidik ifrazının pozulması, yəni gündəlik sidiyin miqdarının, rənginin dəyişməsi orqanizmdə olan hansısa bir patologiyanın olmasını bildirir.

immunitet.az

loading...

Məsləhət Görürük

pehriz

Pielonefrit və böyrəkdaşı zamanı pəhriz

Pielonefrit və böyrəkdaşı zamanı pəhriz Pielonefrit zamanı pəhriz təyin etdikdə sidiyin pH-ı nəzərə alınır. Çünki …

Яндекс.Метрика

Designed by F.Aliyev