Qaynar Məqalələr

Ağcaqanadların mövsümü gəldi

ağcaq

Ağcaqanadların mövsümü gəldi.
Sadə bir üsulla ağcaqanadlardan xilas olmaq olar. Bunun üçün ağcaqanadlara tələ qurmaq lazimdir. Tələni hazırlamaq üçün bəzi şeylər lzımdır:
-200 ml su
-50 qram qəhvə rəngində qənd
-1 paket quru maya
-boş coca-cola şüşəsi
1. Plastik coca-cola şüşəsi  kəsilir.
2. Qəhvə rəngli qənd isti suda həll olunur, soyuduğu zaman şüşənin alt hissəsinə tökülür.
3. Maya şirin suya əlavə edilir. Qarışdırmağa gərək yoxdur, özü həll olub karbondioksid əmələ gətirəcək.
4. Şüşənin digər yarısı dar hissəsi aşağıda olmaq şərtilə su olan hissəyə geydirilir.
5. Qara lent ilə şüşənin birləşən hissəsini sarıyın və evinizə küncünə qoyun.
2 həftə sonra evinizdə ağcaqanadların azaldığını və şüşənin içərisində nə qədər ölü ağcaqanad olduğunu görəcəksiniz.

immunitet.az

loading...

Məsləhət Görürük

gulmek

Gülməyin faydaları

Gülməyin faydaları. ABŞ-da aparılan araşdırmalar gülməyin insan sağlığına aşağıdakı faydaları olduğunu sübüt etmişdir: 1. Araşdırmalar …

Яндекс.Метрика

Designed by F.Aliyev