Qaynar Məqalələr

Toyuqlu qarğıdalı qarışımlı çin şorbası

sup

Toyuqlu qarğıdalı qarışımlı çin şorbası
Lazım olanlar:
– 200 qram konserv qarğıdalı
– 200 qram toyuq budu
– 3 xörək qaşığı qarğıdalı nişastası
– 2 xörək qaşığı kartof nişastası
– 1 orta ölçüdə yerkökü
– 1 yumurta ağı
– 1-2 çay qaşığı zəncəfil
– acı bibər
– duz
– toyuq bulyonu.
Toyuq budları kiçik parçalara bölünür. Doğranmış tikələr kərə yağında zəif qızardılır. Kənarda içərsinə zəncəfil salınmış, dadlandırılmış su ətin üzərinə tökülür və qarğıdalı,  halqa şəklində doğranmış yerkökü əlavə edilir. Su qaynamağa başladıqda kənarda soyuq suda həll olmuş qarğıdalı və kartof nişastası suya tökülüb dayanmadan qarışdırılır. Yumurtanın ağı yavaşca qaynayan şorbaya əlavə olunub, yenidən qarışdırılır.
Yumurtalar qarışdırıldıqca bişir, bişdikcə nazik sap şəklinə düşür. Ən sonda duz əlavə edilib, acı bibər doğranır.

immunitet.az

loading...

Məsləhət Görürük

makarna

Sobada toyuqlu makaron

  Sobada toyuqlu makaron. Lazım olanlar: * 3 ədəd toyuq budu * 500 qram makaron …

Яндекс.Метрика

Designed by F.Aliyev