Qaynar Məqalələr

Süni inseminasiya

suni

Süni inseminasiya.
Süni inseminasiya (mayalanma) qadında hamiləliyin baş verməsi məqsədilə yad genetik materialın sperma şəklində cinsiyyət yollarına yeridilməsidir.
Spermanın yeridilməsi üsullarından asılı olaraq süni mayalanmanın aşağıdakı növləri tətbiq edilir:
1. Uşaqlıq yolu üsulu. Bu üsul zamanı sperma şprislə uşaqlıq yolunun arxa tağına yeridilir.
2. İnterservikal üsul. Bu üsul zamanı sperma uşaqlıq yolu kanalına yeridilir, uşaqlıq yolunun möhtəviyyatı ilə kontaktda olmur.
3. Uşaqlıq üsulu. Bu üsul spermanın bilavasitə uşaqlıq boşluğuna yeridilməsini üstün tutur.
4. Transabdominal üsul. Toxum plazmasından azad spermotozoidlərin 1 və ya 2 yumurtahüceyrəsi ilə birgə uşaqlıq borusunun ampulyar hissəsinə transabdominal yeridilməsi.
Bu üsullardan hər biri müsbət və mənfi cəhətlərə malikdir.
Uşaqlıq yolu üsulu daha sadə olsa da, uşaqlıq yolu daxilindəki mühit (pH, bakteriyalar və s.) spermotozoidlərə mənfi təsir göstərərək, hamiləliyin baş verməsi şansını azaldır. İntraservikal üsul zamanı uşaqlıq boynu seliyində antispermal anticisimlərin mövcudlıuğu immunoloji ziddiyyət yarada bilər. Uşaqlığa spermanın yeridilməsi həm də infeksiyanın daxil olmasına səbəb ola bilər, bəzən isə uşaqlığın ağrılı yığılmaları ilə müşahidə oluna bilər.
Süni inseminasiyadan əvvəl eakulyatin yaxşılaşdırılması üçün onun fraksiyalaşdırılması məsləhət görülür.

immunitet.az

loading...

Məsləhət Görürük

hamil%c9%99

Hamiləlik zamanı hansı bitki çaylarından içilə bilər

Hamiləlik zamanı hansı bitki çaylarından içilə bilər. Hamiləlik dövründə hamilə qadın istədiyi hər bitki çayını …

Яндекс.Метрика

Designed by F.Aliyev