Qaynar Məqalələr

Qozlu küncütlü çörək

qozlu

Qozlu küncütlü çörək.
Lazım olanlar:
-3 stəkan un
-1 paket marqarın
-2 xörək qaşığı qatıq
-1 çay qaşığı qabartma tozu
-duz
-1 stəkan süd
-1 çay qaşığı duru yağ
-4-5 qaşıq küncüt
-1 ədəd yumurta sarısı
-üyüdülmüş qoz.
Un qaba tökülüb, ortası açılıb, marqarin, qatıq, süd, qabartma tozu və duz əlavə edilib xəmir yoğrulur. Xəmir yumşaq olmalıdır.
Xəmir dincəlməyə qoyulur, yarım saat sonra 2 hissəyə bölünür. Bölünmüş hissənin biri yenidən 2 yerə bölünür. Xəmir kündəsinin irisini yağlanmış tavaya əllə yayıb, üstünə yağ sürtülür.  Sonra orta ölçüdə olan xəmir qoyulub yağ sürtülür, daha sonra isə üçüncü kündə qoyulub yağlanır. Hər xəmir yağlandıqca, yağın üstünə küncüt və qoz səpilir. Sonda çörəyin üstünə yumurta sarısı sürtülüb əvvəlcədən isidilmiş sobada bişirilir.

immunitet.az

loading...

Məsləhət Görürük

portagalli-2

Portağallı kişmişli keks

Portağallı kişmişli keks Lazım olanlar: * 3 yumurta * 1 stəkan şəkər tozu * 1 …

Яндекс.Метрика

Designed by F.Aliyev