Qaynar Məqalələr

Yuvenli qanaxmalar

yuve

Yuvenli qanaxmalar.
Yuvenli qanaxmalar dedikdə qızların cinsi yetişkənlik dövründə daha çox tez-tez baş verən, aybaşıya bənzər qanaxmalarla, menstural tsiklin pozulması ilə təzahür edən qanaxmalar nəzərdə tutulur. Yuvenli qanaxmalar daha çox 13-14 yaşlı qızların 2-3%-ində təsadüf olunur.
Xəstəliyi onu törədən amillərə görə 3 qrupa bölmək olar:
* meyilli
* şərtləndirən
* həlledici.
Meyilli amillərə mərkəzi sinir sistemi xəstəlikləri, adenohpofizə, ananın hamiləliyinin çətin gedişi, hestozlar, xroniki hipoksiyaların səbəb olduğu qanaxmalar aiddir.
Şərtləndirən amillər səbəbli baş verən qanaxmaları nevroz nəticəsində sinir sisteminin funksiyasının pozulması, yuxunu pozulması, infeksion xəstəliklər, tonzillit, vərəm, revmatizm səbəb olur.
Həlledici amillər səbəbli baş verən qanaxmalara psixi sarsıntılar, qorxu, imtahanlar, cərrahi əməliyyatlar, beyin silkələnməsi, yaxın adamın ölümü səbəb ola bilər.
Xəstəlik zamanı tez-tez və qəflətən baş verən qanaxmalar müşahidə edilir. Bu qanaxmalar gur olmur, lakin uzun müddətli olur. Buna görə də xəstələrdə ikincili anemiya meydana çıxır.
Diaqnoz xəstədən toplanan anamnezlərə əsasən qoyulur.
Xəstəliyin müalicəsi qanaxmanı törədən səbəbi aradan qaldırmaqdan ibarətdir.

immunitet.az

loading...

Məsləhət Görürük

0987-4

Yumurtalıqların anadangəlmə inkişaf anomaliyaları

Yumurtalıqların anadangəlmə inkişaf anomaliyaları. Yumurtalıqların inkişaf anomaliyaları aşağıdakı xəstəliklərlə özünü göstərir: * yumurtalıqların birinin olmaması …

Яндекс.Метрика

Designed by F.Aliyev