Qaynar Məqalələr

Pedjet xəstəliyi

pedjet

Pedjet xəstəliyi.
Bu xəstəlik insanın sümüyünü bərpa edən mexanizmlərın pozulması ilə xarakterizə olunur.
Ümumi məlumat:
Bu xəstəlik başqa cür deformasiyaedici osteit adlanır. Bu xəstəlik istənilən sümükdə yarana bilər. Xəstələrin 1\3 -ə bir sümük, ən çoxunda 3 sümük zədələnir. Ən çox çanaq, onurğa, kəllə, uzun borulu sümüklər zədələnir.
Səbəbləri:
Səbəbləri məlum deyil. Ən çox virus mənşəli olduğu güman edilir. Qızılca virusunun rolu daha böyükdür. İrsiyyətin rolu vardır, xəstəlik ailəvi xarakter daşıyır.
Simptomları:
Zədələnmiş sümükdə küt, deşici ağrı qeyd olunur. Sakitlik zamanı ağrı daha da güclənir, hərəkət məhdudluğu qeyd olunur. Sümüklər nazilir,sümük toxuması dağılmaqa başlayır. Yüngül travmalar sınıqlara səbəb olur, kürək, onurğa sütunu, ayaqlar əyilir. Sümüklərin inkişafı dayanır, sinirlər zədələndiyi üçün baş ağrıları, onurğa sinirləri zədələndiyi üçün əllər və ayaqlarda keyimə hissi qeyd olunur. Ağır hallarda ürək dayana bilər.
Diaqnostika:
Diaqnoz qoymaq üçün rentgenoqrafiya və qanda qələvi fosfatazanın təyininə əsasən qoyulur.
Müalicəsi:
Sümüklərın defektlərinin qarşısını almaq üçün biofosfanatlardan istifadə olunur. Müalicə xəstəliyi aradan qaldırmır. Bu dərmanlardan uzun müddət istifadə fəsadlara gətirib çıxarır. Lazım gələrsə cərrahi müalicəyə müraciət olunur.

immunitet.az

loading...

Məsləhət Görürük

dodaq

Dodaq uçuğunda olan böyük təhlükə

Dodaq uçuğunda olan böyük təhlükə. Dodağınıza çıxan uçuqlamalar fikirləşdiyin qədər yüngül bir şey deyil. O …

Яндекс.Метрика

Designed by F.Aliyev